İslam alimləri, müsəlmanların problemləri və gerilik amilləri barəsində mühüm nöqtələrə toxunublar.
AranNews- İslam alimləri, müsəlmanların problemləri və gerilik amilləri barəsində mühüm nöqtələrə toxunublar.
İmam Xumeyninin (r) baxışı
Mərhum İmam öz yolgöstərən sözləri və yazılarında müsəlmanların problemləri və gerilik amilləri barəsində mühüm nöqtələrə toxunub: 1. Müsəlman cəmiyyətlərə hakim azğın hökumətlər İmam (r) bu barədə buyurur: Müsəlmanların problemi müsəlmanların hökumətləridir. Bu hökumətlər supergüclərlə rabitələri , sağçı və solçu supergüclərə tabeçilik etmələri səbəbindən bizi və bütün müsəlmanları çətinliyə salıblar. Əgər uyğun problem həll olsa, müsəlmanlar öz məqsədlərinə çatacaqlar. Bu problemdən çıxış yolu millətimizin əlindədir. (Səhifei-nur, c.12, s.278) 2. Müsəlmanları xar hesab etmək 3. Dinin siyasətdən ayrılması Bu iki amil Həzrət İmam Hüseynin (ə) dövründə də mövcud idi. Həzrət cəddinin ümmətini islah etmək üçün qiyam etdi və dinin siyasətdən ayrı olması kimi şüarlarla xalqı həqiqətdən uzaqlaşdırmağa çalışan münafiqlərlə vuruşdu. Mərhum İmam (r) bu barədə buyurur: Xalqlara, müsəlmanlara, cəmiyyətlərə belə başa salmışdılar ki, siyasət sizin işiniz deyil, siz öz işinizlə məşğul olun, icazə verin siyasətlə imperatorlar məşğul olsunlar. Müsəlmanların və məzlum xalqların hər bir şeyini oğurlayıb aparsınlar və biz buna baxmayaraq “hökumət olmamalıdır” deyək; bu axmaqcasına bir sözdür. Bütün bunlar müsəlmanların başına gələn müsibətlərdir. Xarici siyasətçilər və siyasətlər müsəlmanları çapıb-talamaq və müsəlmanların izzətini, ucalığını məhv etmək üçün bu yolu seçiblər. (həmin mənbə, c.20, s.198) Həmçinin buyurur: Allahın Rəsulu (s) siyasətin sütunlarını dində bərpa etdi. Allahın Rəsulu (s) hökumət qurdu və siyasi mərkəzlər yaratdı. (həmin mənbə, s.191) 4. Həqiqi İslamı tanıtdırmağa ciddi yanaşmamaq Imam (r) hicri 1342-ci ildən etibarən daim İslamın həqiqi prinsiplərini tanıtdırmaqla onun əsil simasını göstərməyə çalışırdı. Bir çox hallarda müqəddəs məfhumları yanlış təfsir etməklə dindar müsəlmanları siyasi və ictimai geriliyə düçar edirdilər, murdar dəyərləri İslam dəyərləri ilə dəyişirdilər. Xüsusi ilə müsəlman xanımlar ayıq-sayıq olmalıdırlar, kibirli dövlətlər və dinsiz siyasətçilər azadlıq və qadın hüquqları adı ilə onları qərbin şeytani məsələlərinin əsiri etmək istəyirlər. Daha əhəmiyyətli olan məsələ budur ki, xalqın qarətçilərin hiylələrinə aldanmaması üçün dini həqiqətləri açıqlaması və dinləməsi lazım olan gözlər, qulaqlar, və dillərin kar, kor və lal olmasına çalışırlar. Imam (r) buyurur: Bugünkü İslamın bəlası budur ki, müsəlmanların məsələlərini və çətinliklərini eşitməli olan qulaqlar kar olublar, müsəlmanların mənfəətləri, məsləhətləri üçün danışmalı olan dillər lal olublar və müsəlmanların başına gələn müsibətləri görməsi lazım olan gözlər kor olublar; biz bu lallar, karlar, və korlarla nə edək?! (həmin mənbə, c.16, s.198) 5. Qərbpərəstlik, şərqpərəstlik və özgələşmə 6 Məsrəfpərəstlik ruhiyyəsi Bu iki amil müsəlman cəmiyyətlər üçün bir çox ziyanlara səbəb olub. Məsələn: Dini və milli dəyərləri dəyərsiz hesab etmək, yad mədəniyyətlərin yalançı dəyərlərinə aldanmaq, dini cəmiyyətlərin geriliyinə səbəb olan xarici malların istifadəsinə kütləvi maraq! Təəssüf ki, hələ də bu iki amil dini cəmiyyətlərdə öz mənfi təsirlərini qoyur. Hətta bəzi hallarda dini düşüncəli insanları da özünə cəlb edir. Böyük İmam (r) öz ilahi vəsiyyətnaməsində bu iki amil barəsində buyurur: Ölkələrimizə böyük təsiri olan (həmin təsirlər hələ də mövcuddur) planlardan biri də müstəmləkə olmuş, istismara məruz qalmış ölkələri özgələşdirmək, onlara özlərini unutdurmaq, onları qərbpərəst və şərqpərəst etməkdir. Elə bir şərait yaratdılar ki, bu millətlər özlərini, öz mədəniyyətlərini və öz güclərini heç saydılar. Qərbi və şərqi iki güclü qütb və üstün irq hesab etdilər, onların mədəniyyətini ən üstün mədəniyyət bildilər və o iki supergücü aləmin qibləgahı sandılar. Həmin iki qütbdən birinə bağlanmağı qaçılmaz zərurət kimi tanıtdırdılar. Bu qəmli hadisənin hekayəsi çox uzundur. Onlardan bizə dəyən ziyanlar olduqca ağır və həlakedicidir. Daha acınacaqlı olan budur ki, onlar hökmranlıq etdiyi məzlum xalqları hər bir işdə geridə saxladılar və istehlakçı ölkələrə çevirdilər. Bizi öz inkişaflarından və şeytani qüvvələrindən elə qorxudublar ki, heç bir yeniliyə və kəşfə cəsarət etmirik. Hər şeyimizi onlara təslim etmişik, özümüzün və ölkələrimizin taleyini onlara tapşırmışıq, gözlərimizi yumub əmirlərini gözləyirik. Bu başıboşluq, ağılsızlıq səbəb olub ki, heç bir işdə öz fikrimizə və biliyimizə arxalanmayaq və kor-koranə şərqə və qərbə təqlid edək. Əgər öz mədəniyyətimiz, sənayemiz və yeniliklərimiz olsa da, bəzi qərbpərəst və şərqpərəst mədəniyyətsiz yazıçılar onu istehza edəcək, milli güc və fikiri istehza edib, məhv etməyə çalışacaqlar. Əcnəbilərin adət-ənənlərini hər nə qədər iyrənc və rəzil olsa da, öz sözlərində, yazılarında və əməlləri ilə təbliğ edirlər və onları məddahlıq və tərif vasitəsi ilə xalqa təqdim edirlər. Misal üçün hansısa bir kitabda, yaxud yazıda və ya hansısa bir söhbətdə bir neçə xarici sözdən, termindən istifadə olunsa, onun möhtəvasına fikir vermədən yüksək səviyyədə qəbul edirlər, bu yazının müəllifini alim, ziyalı hesab edirlər. Beşikdən qəbrədək hər nəyə baxsaq, onda qərb sözləri görsək və həmin şey qərb kəlmələri ilə adlandırılsa bu halda maraqlı, cazibəli, mədəniyyət və inkişafın göstəriçisi hesab olunur. Yox əgər milli sözlərdən istifadə olunubsa, onu köhnə, geri qalmış bir şey hesab edirik… Ingiltərəyə, Fransaya, Amerikaya və Moskvaya getmək fəxr, dəyər hesab olunur. Lakin Həccə və müqəddəs məkanlara getmək köhnəpərəstlik və gerilik kimi başa düşülür. Dinə və mənəviyyata laqeyidlik ziyalılıq, mədəniyyət göstəricisi hesab olunur. Həmçinin dinə və mənəviyyata bağlılıq geriqalmışlıq kimi başa düşülür. Mən demirəm ki, biz hər şeyə malikik. Şübhəsiz, tarixin son dönəmində, xüsusi ilə son əsrlərdə bizi bütün inkişaflardan məhrum ediblər. Xain başçılar, Pəhləvi ailəsi, xüsusi ilə təbliğat mərkəzləri, bizə böyük zərbə vurdular. Öz əldə etdiklərimizi və özümüzü heç saymaq, kiçik görmək bizi inkişaf üçün lazım olan fəaliyyətlərdən saxladı. Hər bir şeyi xaricdən gətirmək, qadınları və kişiləri, xüsusi ilə cavan təbəqəni xaricdən gələn parfümeriya, bəzək-düzək əşyaları kimi mallar ilə maraqlandırmaq, onlar arsında rəqabət yaratmaq və onları mümükün qədər məsrəfpərəst, istehlakçı etmək özü bir qəmli hekayədir. (siaysi, ilahi vəsiyyətnamə)
Uca məqamlı Rəhbərin baxışı
Uca məqamlı Rəhbər, Ayətullah Xamenei öz dəyərli əsərlərində müsəlmanların gerilik və azğınlıq amillərindən bəzilərinə işarə edib. O ən mühüm gerilik amilini insanın tanınmamasında və insani sifətlərin tapdanmasında görür: Bugünkü mədəniyyətin ortaya qoyduğu həyat tərzi insanlığı onu məhv etməklə hədələyir. Yəni insana aid sifətləri tapdayır. Odur ki, İslam binasını bərpa etmək qaçılmaz bir zərurətdir. (qərb mədəniyyəti əleyhinə iddianamə, s.23) Həmçinin aşağıdakı amillərə işarə edək: 1. İnsanın halından xəbərsizlik 2 İnsan həyatının qarmaqarışıq, intizamsız olması 3 Mövcud maddi mədəniyyət 4 Yüksək svilizasiyaya sahib xalqlar və insana məxsus sifətlərə etinasız millətlər maşinzm və heyvani həyat tərzini insan həyatına tətbiq etməyə çalışırlar və nadanlıq səbəbindən insanın heyvan və texnikadan üstünlük səbəbinə göz yumurlar. (həmin mənbə, s.24) 5 Kapitalist quruluş O belə buyurur: Mənfəətpərəstlik xəstəliyi zülm rəngində olan sələmçiliyin nəticəsidir. Bu, elə ilk vaxtlardan kapitalizm quruluşu ilə qatışıb və həmin quruluşda yeni iqtisadiyyatın əsaslarından hesab olunur. Kapitalizm quruluşu bütün əxlaqi, insani və ictimai dəyərləri puç və mənasız hesab edir və bu dəyərlərin iqtisadi qanunlara azca müdaxilə edib, dünyanı yandıran bu alova bir qədər su səpməsinə icazə vermir… Əxlaqi süqut kapitalizm quruluşunun gətirdiyi “hədiyyə”lərdəndir. (“Qərb mədəniyyətinin əleyhinə iddianamə”, s.159, 161) 6. Dini anlayışların düzgün başa düşülməməsi O cəmiyyətlərin uca “səbr” anlayışını yanlış dərk etmələri barədə buyurur: Təəssüflər olsun ki, İslam kəlmələrinin, terminlərinin qarşılaşdığı təhrif, səhv mənalandırma problemi ilə səbr kəlməsi də qarşılaşıb… Zülmə məruz qalmış, iradəsini əldən vermiş, əsarətə düçar olmuş bir cəmiyyətdə “səbr” anlayışı zalımlar üçün yaxşı bir vasitəyə çevrilir. (Səbr barəsində söhbətlər, s.6)
Seyid Cəmaləddin Əsədabadinin baxışı
Seyid Camal böyük ictimai islahatçılardan olub. O bütün ömrünü müsəlmanların inkişafına, tərəqqisinə və onları ayıltmağa, gerilikdən qutarmağa sərf edib. O aşağıdakı amilləri islami cəmiyyətlərin dərdləri, problemləri hesab edir: 1. Başçıların zülmü, diktaturası 2. Müsəlman kütlənin cəhaləti, qəfləti və onların elm və mədəniyyət karvanından dala qalması 3. Müsəlmanların düşüncələrinə xurafat dolu əqidələrin nüfuz etməsi və onların ilkin İslamdan uzaq düşmələri 4. Müsəlmanlar arasında dindar və qeyri-dindar adı altında bölgü, parçalanma yaranması 5. Qərb istismarının nüfuzu O bu dərdlər və çətinliklərdən qurtulmaq üçün bütün imkanlardan, səfərlərdən, rabitələrdən, nitqlərdən, kitab, dərgi nəşr etməkdən, partiya və birlik yaratmaqdan, hətta orduda xidmətdən faydalandı. O çıxış yolunu aşağıdakılarda görürdü: 1. Dikdatorların özbaşınalığı ilə mübarizə 2. Müasir elm və fənləri mənimsəmək 3. İlkin İslama qayıdış və tarix boyu İslama aid edilmiş xurafatları, bər-bəzəkləri bir kənara qoymaq 4. İslam məktəbinə iman və etiqad 5. Xarici istismar ilə mübarizə, həm siyasi, həm də mədəniyyət istismarı ilə! 6. Müsəlmanların birliyi, vəhdəti 7. İslami cəmiyyətin yarıcan cisminə mübarizə ruhiyyəsi üfürmək 8. Qərb qarşısında özgələşmə, özünü uduzmaq ilə mübarizə. (Murtəza Mütəhhəri, “Son yüz illikdə islami hərəkatların qısa araşdırılması”, kitabın xülasəsi, s.20-29)
Şəhid Aəyətullah Mürtəza Mütəhhərinin fikirləri
10450 Dini düşüncəni dirçəldən və ictimai islahatlar aparan ustad Mütəhhəri də bu barədə bir çox sözlər deyib. O bu barədə deyir: Hər bir ictimai məktəb öz gerilik, süqut, həmçinin yüksəliş və tərəqqi amilləri barədə fikir bildirir: Hansısa bir məktəbin uyğun məsələlər barəsində fikir bildirməsi cəmiyyətin tərəqqisinə və ya süqutuna hansı baxışla baxmasından qaynaqlanır. Məsələn, əgər bir şəxs cəmiyyətin inkişafını yalnız iqtisadi inkişafda görürsə və onun süqutunu maddi, iqtisadi məğlubiyyətdə bilirsə, bu şəxs inkişafı və süqutu maddi baxışla dəyərləndirir. Həmçinin bir şəsx süqut və tərəqqini əqidəvi və əxlaqi məsələlərdə inkişaf və geriləmə ilə ölçürsə, demək məsələləri ayrı bir formada təfsir edir. (“On söhbət”, s.144-152) O buyurur: Qərblilər İslamı qınayırlar və müsəlmanların gerilik səbəbini İslamda görürlər. Lakin sonrakı söhbətlərdən aydın olunacaq ki, müsəlmanların geriliyində İslamın heç bir rolu yoxdur. Əksinə müsəlmanlar İslamın ictimai təlimlərindən uzaq düşdükləri üçün süquta uğrayıblar. Həmçinin xristian ölkələrin maddi və iqtisadi baxımından inkişafı xristianlığın haqq olması demək deyil. O hazırkı dövrdə müsəlmanların süqut, gerilik səbəblərindən birini dini maarifin bir kənara qoyulmasında, yaxud təhrifə məruz qalmasında görür. Onun fikrinə görə tövhid, nübüvvət, vilayət və imamət təhrif olunub, səbr, zöhd, təqva, təvəkkül və sair dini dəyərlər məna dəyişikliyinə məruz qalıb, onların mənası saxtalaşdırılıb. Nə qədər ki, bu anlayışların həqiqi mənası düşünülməyəcək, müsəlmanlar inkişaf etməyəcəklər. Ustad “İnsan və tale” kitabının müqəddiməsində bu barədə nisbətən geniş siyahi təqdim edir və yazır: Müsəlmanların azğınlıq və gerilik amilləri barədə “İslam”, “müsəlmanlar” və “yad amillər” üzərində araşdırma aparılıb. Tale, qəzavü-qədər, axirətə inam, dünya həyatının təhqiri, şəfaət, təqiyyə, intizar və digər bu kimi dəyələr barəsində mövcud fikirlər və əqidələr tənqid olunub. (daha çox mütaliə üçün Mürtəza Mütəhhərinin “İnsan və tale” əsərinə müraciət edin.)