“Din alimləri xalqı firqə və məzhəb qarşıdurmalarından uzaqlaşdırsınlar, universitet alimləri tələbələrə başa salsınlar ki, bu gün İslam dünyasında ən mühüm məsələ birlikdir”.
AranNews- İslam Respublikası rəhbərdən və prezidentdən tutmuş müxtəlif məmurlara, xalqa, yürüşə, pula, hərbi dəstəyə qədər Fələstindən olan məzlum və müsəlman qardaşlarının yanında oldu.
Bu əsnada bir də gördük ki, bir virus daim törəməkdədir; böyük şəxsiyyətlərin, din alimlərinin yanına gedib deyirlər ki, siz kimə kömək edirsiniz?! Qəzzəlilər nasibi və Əhli-beytlə düşməndirlər. Dedik lənət sənə, kor şeytan! Qəzzədə İmam Əli məscidi var, İmam Hüseyn məscidi var, onlar necə nasibi ola bilərlər?! Bəli, sünnidirlər, amma nasibi deyillər. Belə işlər görürlər. Qarşı tərəfdə də belə hallar baş verir. Bəzi qüvvələr Quma gedib Şiə kitablarını axtarırlar ki, Əhli-sünnə müqəddəslərinə qarşı təhqiramiz bir şey tapıb tez şəklini çəksinlər və sünnilər arasında yaysınlar. Yaxud nadan, qafil və ya qərəzli bir vaiz Əhli-sünnə müqəddəslərinə qarşı pis bir söz deyən kimi kasetini, diskini yaymağa başlayırlar. Onu buna bədbin edirlər. “Qüvvəniz əldən gedər” (Ənfal, 46).
İxtilaf və təfriqə yarananda, bir-birimizi xain biləndə təbii ki, əməkdaşlıq da etməyəcəyik. Düşmənin istədiyi də budur. Həm Şiə, həm Əhli-sünnə alimləri bunu dərk etməlidirlər. Bu iki firqənin bəzi məsələlərdə fikir ayrılığı var, çoxlu məsələlərdə də həmfikirdir. Amma fikir ayrılığı düşmənlik demək deyil. Şiə fəqihlərinin və Əhli-sünnə imamlarının öz aralarında da bəzən 180 dərəcə fikir ayrılığı olur. Fikir ayrılığına görə mütləq bir-birini söymək lazım deyil”. “Heç kim düşünməsin ki, Peyğəmbərin Əhli-beyti yalnız şiələrə məxsusdur. Xeyr! Bütün İslam dünyasınındır. Fatimeyi-Zəhranı kim qəbul etmir?! Cənnət gənclərinin başçıları olan Həsən və Hüseyni, digər imamları kim qəbul etmir?! Hamı qəbul edir – amma biri itaəti vacib olan imam bilir, biri isə yox.
Bunları başa düşmək, bu fikri cəmiyyətdə bərkitmək lazımdır. Bəziləri başa düşmür və düz iş gördüklərini sanıb düşmən tərəfinin təhrikinə uyurlar: “Onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər”. “Şiə və sünnilər arasında təfriqə yaradıb məzhəb bəhanəsi ilə birliyi pozmağa çalışanlar bilsələr də, bilməsələr də düşmənin muzdurudurlar. Bəzi adamlar özləri bilmədən düşmənə muzdurluq edirlər”. “Şiələr arasında elələrini tanıyırıq ki, problemləri yalnız nadanlıq deyil, onlara ixtilaf yaratmaq məqsədilə Əhli-sünnənin müqəddəslərini aşağılamaq işi tapşırılıb”. “İslam düşmənləri planlar cızmışlar. Bu birdən-birə yaranan hal deyil. Bunun arxasında siyasət, pul, casus şəbəkələri dayanır. Müsəlmanlar birliyə qarşı yönələn hər bir amilə qarşı mübarizə aparmalıdırlar. Bu, hamımızın üzərinə düşən böyük vəzifədir. Həm Şiə, həm Əhli-sünnə, həm də onların müxtəlif qolları bunu qəbul etməlidirlər”. “Dəfələrlə demişik ki, müsəlmanlar arasında məzhəb ixtilafları bu gün düşmən əlində bir xəncər kimidir. Bunu nə qədər deməliyik?! Nə üçün bəziləri qulaq asmırlar?!”
“Din alimləri xalqı firqə və məzhəb qarşıdurmalarından uzaqlaşdırsınlar, universitet alimləri tələbələrə başa salsınlar ki, bu gün İslam dünyasında ən mühüm məsələ birlikdir”. “Yaxşı başa düşüblər ki, İslam məzhəbləri bir-biri ilə əlbəyaxa olsalar, işğalçı sionizm rejimi rahat nəfəs alar. Bunu düz başa düşüblər. Odur ki, bir tərəfdən təkfirçi qrupları işə salıblar, digər tərəfdən də bir qrup muzduru ortaya salıblar ki, alov üzərinə benzin töksünlər. Belələrinə media imkanları da yaradırlar. Bilirsinizmi harada? ABŞ-da, Londonda”. “İslam düşmənlərinin mühüm strateji planlarından biri firqə və məzhəb konfliktləri yaratmaqdır. Bu sahədə həm sünnilərdən, həm də şiələrdən ibarət muzdurlar var”. “Müsəlman xalqlar və İslam məzhəbləri arasında ədavət yaradan hər bir dili şeytan dilləndirir. İblisin dilindən danışanlar isə həm özlərini, həm də dinləyicilərini cəhənnəmə aparırlar: “Məgər Allahın nemətini küfrə dəyişənləri və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi? Onlar Cəhənnəmə daxil olacaqlar”. (İbrahim, 28-29) “İngilislər müxtəlif tərəflər, o cümlədən şiə və sünnilər arasında ixtilaf yaratmaqda ustadırlar, bir neçə əsr öncədən bu işlə məşğul olublar. İndi amerikalılar onların təcrübələrindən istifadə edirlər. Hamı ayıq olmalıdır.