Tarix : 2016 Jan 31
Kod 47751

İslami oyanışinda, İslam İnqilabının təsiri

İslam İnqilabı digər ölkələrə yayılmaqdadır.İnqilabın bu təsirini İnqilabın qələbəsinin əvvəllərində müxtəlif ölkələrdə müşahidə etmək olar.
AranNews- İslami oyanışinda İslam İnqilabının təsirin, İslami Oyanış cərəyanının bətnində görürük. İslami Oyanış qərbin İslam dünyasına hərtərəfli hücumu ilə eyni vaxtda və istismar əsrində başladı. Başlanğıcdan Həzrət İmam Xumeyninin (r) dövrünədək müxtəlif mərhələləri keçdi.
Seyid Cəmaləddin Əsədabadi kimi şəxslərin düşüncələri ilə başlayan bu hərəkat həmişə məhdud və müəyyən dairələrdə özünü göstərdi və heç zaman böyük əhatəli olmadı. Hətta bu cərəyan Həsən Əlbənna və Seyid Qütb kimi şəxslər vasitəsi ilə Misirdə daha geniş dairədə yayıldıqda belə, yenə də bütün müsəlman kütlələrinin həyatına daxil olub, yeni bir səhifə aça bilmədi.
Həzrət İmam Xumeyni (r) ilk dəfə olaraq İslami Oyanış düşüncəsini siyasi fəaliyyətə çevirə bildi. Onu bütün müsəlman kütlələrin fəaliyyət dairəsinə salmaqla yanaşı, bütün dünya məzlumlarının ümid yeri etdi. İslami oyanış hadisəsini zehnlərdə canlandırdı. Həzrət İmamın (r) pak nəfəsindən qaynaqlanan bu iş qısa bir müddətdə İslam cəmiyyəti və xalqlar üçün böyük faydalara səbəb oldu. Bu işin ən mühüm nəticəsi İslami Oyanış təfəkkürünün kiçik bir diskusiyadan böyük, əhatəli diskusiyaya çevrilməsi oldu. Lakin bu hərəkət asanlıqla baş vermədi. Düşmən və rəqib düşüncələr daim onun üçün səhnəni məhdudlaşdırmağa çalışırdılar. Həzrət İmam (r) vasitəsi ilə hazırlanan oyanış cərəyanı müəyyən bir dövrə aid yox, əksinə tarixi bir hərəkat idi. Bu hərəkat tarix boyu davam edəcək və əbədi olacaq. Həzrət İmam Xumeyni (r) ilk dəfə olaraq İslami Oyanış düşüncəsini siyasi fəaliyyətə çevirə bildi. Onu bütün müsəlman kütlələrin fəaliyyət dairəsinə salmaqla yanaşı, bütün dünya məzlumlarının ümid yeri etdi.
İslami oyanışda İranın rolu İran geosiyasi, geostarteji və geomədəni mövqesinə görə beynəlmiləl hadisələrə öz təsirini qoyan ölkədir. Bu xüsusiyyətlər İranın, bölgəçiliyi öz siyasətinin əsası etməsinə səbəb olub. İran yeni istismar və zülmlə mübarizə və müqavimət təfəkkürünü, İslama qayıdış düşüncəsini ixrac etməkdə, həmçinin digər təsirli fikri sahələrdə bir növ idarəçiliyi bacardı. Yeni müstəqil olmuş Ərəb və İslam ölkələri üzərində idarəçilik. Məşrutə hərəkatı, neftin milliləşməsi, 15 xordad hərəkatı İranın hidayətçi rol ifa etməsinin tarixi nümunələrindəndir. Bu dövrdə təsirli cərəyan dövlət siyasətlərindən ayrılmaq idi. Bu isə din alimləri və dindar ziyalılar tərəfindən rəhbərlik olunurdu. Çünki uyğun dönəmdə, xüsusi ilə Pəhləvi əsrində dövlət daha çox xarici modelləri (Türkiyədəki Atatürk modelini) özü üçün nümunə edirdi. Bu səbəbdən tarixin uyğun dönəmində təsiretmə məntəqə ölkələri ilə məhdudlaşırdı. Islam İnqilabı din dəyərləri üzərində qurulan və demokratiyanın yeni metodlarından istifadə edən hadisə kimi formalaşdı; istismar və zülmlə mübarizənin, müqavimətin yeni nümunəsini nümayiş etdirdi.
Güc, siyasət və hakimiyyət ərsələrində idarəçiliyin yeni nümunəsini canlandırdı. İslam Respublikası ilk dəfə olaraq “İslam ümməti” terminini İnqilabi bir termin kimi dünya siyasi ədəbiyyatına daxil etdi. Həmin çərçivədə yeni formada bölgəçilik təfəkkürünü özü üçün seçdi və bir supergücə çevrilmək prosesinə başladı. Bu gün üç onillikdən sonra məntəqədə əhatəli təsiri olan bir nümunəyə çevrilməyi bacardı. Bu nümunə düşmənçilik edən, daxili işlərə müdaxilə edən hegemon dövlətlərin olmasına baxmayaraq öz mövqesini gücləndirməyə və nüfuzunu artırmağa və bütün İslam dünyasını nüfuz dairəsinə salmağa müvəffəq oldu. Yeni İran, indiki şəraitdə mövcud siyasi oyunları yumşaq və sərt formada ciddi problemlər qarşısında qoyan yeni bir rejim müjdəsi verir. İslami Oyanış, İslam Respublikası ideoloji hərəkatından təsirlənən bir hadisə olaraq iddialı ictimai hərəkat formasını alıb. Bu cərəyan siyasi və təhlükəsizlik münaqişələrində öz varlığını və nüfuzunu sübut etməklə yanaşı dünya səviyyəsində təsirli olacaq böyük bir gücə çevrilməyə doğru hərəkət edir.
İran geosiyasi, geostarteji və geomədəni mövqesinə görə beynəlmiləl hadisələrə öz təsirini qoyan ölkədir. Bu xüsusiyyətlər İranın, bölgəçiliyi öz siyasətinin əsası etməsinə səbəb olub. İran yeni istismar və zülmlə mübarizə və müqavimət təfəkkürünü, İslama qayıdış düşüncəsini ixrac etməkdə, həmçinin digər təsirli fikri sahələrdə bir növ idarəçiliyi bacardı. İslam İnqilabının hədəfi: İslam dünyasının oyanışı və öz kimliyini tanıması Tarix iranlıların həmişə təfəkkürlə hərəkət etdiklərini və dünya səhnəsində agahlıqla iştirakına şahiddir. İran tarixi bunu yaxşı göstərir ki, iranlılar müxtəlif dönəmlərdə müxtəlif ərsələrdə öndə olublar və bəşəriyyət üçün yeni yollar göstəriblər.
İslamdan öncə dünya Roma və Sasani imperiyalarının əlində olub. Bu iki güclü qütb dünyanı idarə edirdi. İslamdan sonra iranlılar təkallahçı idilər, ölkənin idarəçilik fənlərini bilirdilər və qərb mədəniyyətinə də malik olmuşdular. Onlar islami təfəkkür ilə qarşılaşdıqda ona qucaq açdılar.İranlılar İslam təfəkkürünü öz fitrətlərinə uyğun gördülər. Bu məsələ və bəzi ədalətsizliklər və digər ictimai məsələlər bu millətin İslam düşüncəsini çox sadəliklə qəbul etməsinə və islami düşüncə ilə zinətlənmiş bir mədəniyyət yaratmasına səbəb oldu İslam düşüncəsi və mədəniyyəti zirvədə olduğu bir vaxt, İslam mədəniyyəti iranlıların ictimai həyatında, bu ölkədə müxtəlif sahələrdə geniş faydalara səbəb oldu. Lakin uyğun dönəmdə, miladi 6-cı əsrdən 10-cu əsrədək qərb elm və düşüncəsində bir növ sükut müşahidə edirik. İki əsr boyu Avropa İbn Sina və İbn Ərəbi kimi İslam mütəfəkkirlərinin təsiri altında olub.
Avropada bu böyük şəxsiyyətlərdən təsirlənərək müxtəlif düşüncələr yarandı. İslam mədəniyyəti öz nurunu qərbə saldı və vaxt ötdükcə onlar İslam alimlərinin düşüncələri sayəsində elmi inkişafa nail oldular. Lakin İslam ölkələrində müxtəlif daxil və xarici səbəblərə görə zirvəyə doğru olan hərəkət dayandı və öz yoluna davam edə bilmədi. İslam mədəniyyəti o qədər möhkəm bir mədəniyyət idi ki, hətta vəhşilikdə tanınan monqollar ölkəmizə hücum etdikləri zaman Xacə Nəsirəddin Tusi kimi bəzi din alimlərinin təlimləri nəticəsində onların düşüncələri dəyişdi və uca düşüncə çeşməsindən sirab oldular. İslam mədəniyyətinin alqışlanası dövrlərindən biri də Səfəvilər dövrüdür.
Əlbəttə bu dövrü də nöqsansız hesab etmək olmaz. Səfəvilər dövründə böyük İran uğrunda milli vəhdətin yaranması, İslam mənblərinin toplanması, Əhli-beyt (ə) maarifinin işıqlandırılması kimi mühüm hadisələr baş verdi. Bu dövr tariximizin üstün dövrüdür və bu gün də həmin yol davam etdirilir. Səfəvilərdən sonra yeniədən daxili və xarici səbəblərdən və beynəlmiləl səhnədə istismar, müstəmləkəçilik təfəkkürünün formalaşması səbəbindən İslam mədəniyyəti böhrana uğradı. Lakin Məşrutə hərəkatı fikri oyanış qığılcımını yaradan ümidverici hadisə idi. Şəraiti dəyişən bu böyük təfəkkürün bayraqdarları din alimləri idilər. Lakin Məşrutə hərəkatı da şərait dəyişməsi səbəbi ilə rəngini itirdi və bəzi xarici səylər və daxili qərbpərəst cərəyanların fəaliyyətləri səbəbindən hədəfini itirdi və bütün ictimai islahatçıların və din böyüklərinin zəhmətləri davam etdirilmədi, nəticədə ölkəmiz diktatorluğa düçar oldu.
İslam İnqilabının qələbəsi İran tarixinin digər zirvə dönəmlərindəndir. İmam Xumeyni (r) ondan əvvəlkilər kimi imperiya yaratmaq yerinə məntəqələri və qəlbləri birləşdirdi. Bu gün İslam İnqilabının ilhamverici səmərələrini bütün dünyada müşahidə edirik. Lakin bəzi bəhanəçi ölkələr (onların arasında İslam ölkələri də var) İslam İnqilabının mahiyyətini anlamadan iddia edirlər ki, İran yenidən imperiya yaratmağa çalışır. Lakin əsil həqiqətdə İslam İnqilabı İslam dünyasının ayılması, öz kimliyini tanıması uğrunda çalışır və heç zaman öz ərazisini genişləndirmək və imperiya yaratmaq fikrində olmayıb. İslam İnqilabının ən əsas məsələsi öz kimliyinə, özünə qayıtmaq olub. İnqilab siyasi, mədəni və iqtisadi ərsələrdə müstəqil olmaq düşüncəsi ilə formalaşdı və yeni baxış dalğası yaratdı. İslam İnqilabının qələbəsinin ilk dövrlərində cəmiyyətimizdə Həzrət İmam Xumeyni (r) və Həzrət Xameneinin dahiyanə rəhbərliyi sayəsində özünəinama, və öz gücünə arxalanmağa böyük yer verildi. Əgər İran bu gün müəyyən biliklərə, texnalogiyaya, hava, fəza texnalogiyasına və nanotexnalogiyaya sahibdirsə, bütün bunlar İran xalqındakı islami və inqilabi oyanış ruhiyyəsinin sayəsindədir.

  • Yazılıb
  • da (də) 2016 Jan 31
  • Göndərən مدير سايت Aran News