Peyğəmbərin Mədinəyə hicrətdə məqsədi həmin dövrdə bütün dünyaya hakim siyasi, iqtisadi və ictimai baxımdan fəsada uğramış, zülmə qərq olmuş mühitlə mübarizə idi.
AranNews- Qılınc yalnız maneələri, zor və zər başçılarını kənarlaşdırmaq üçün idi. Lakin insanlar hər bir yanda, o cümlədən o dövrdəki iki böyük Roma və İran imperyasında bu tufana cəzb olmuşdular. Həzrət Ayətullah Xameneinin sözlərindən bir hissə: Mədinə dövrü Peyğəmbərin (s) 23 illik risalətinin ikinci fəslidir. Məkkədəki 13 il birinci fəsil hesab olunur (və bu ikinci fəslin müqəddiməsidir).
Təqribən 10 il Peyğəmbərin (s) Mədinədə olduğu dövrdür, bu dövr İslam rejiminin bünövrəsinin qoyulması və bütün dövrlər üçün, bütün məkanlara aid olacaq İslam hakimiyyətinin nümunəsinin hazırlanması dövrüdür. Əlbəttə bu nümunə kamil nümunədir və başqa dövrlərdə onun kimisini müşahidə etmirik. Amma bu kamil nümunəyə baxıb meyarları, ölçüləri öyrənmək olar.
İnsanlar və müsəlmanlar bu göstəricilər əsasında rejimləri və insanları dəyərləndirməlidirlər. Peyğəmbərin Mədinəyə hicrətdə məqsədi həmin dövrdə bütün dünyaya hakim siyasi, iqtisadi və ictimai baxımdan fəsada uğramış, zülmə qərq olmuş mühitlə mübarizə idi. Məqsəd yalnız Məkkə kafirləri ilə mübarizə deyildi.
Məsələ qlobal məsələ idi. Peyğəmbər (s) harada zəmin, şərait olsaydı orada düşüncə və əqidə toxumlarını səpməyə çalışıb. Bir zaman bu toxumların cücərməsi ümidi ilə! Məqsəd azadlıq, ayıqlıq və insan xöşbəxtliyi mesajının bütün qəlblərə çatdırılması idi. Bunun gerçəkləşməsinin yeganə yolu nümunə olacaq bir quruluşun yaranması idi.
Odur ki, Peyğəmbər(s) Mədinəyə gəldi ki, uyğun rejimi, quruluşu yaratsın. Peyğəmbərdən (s) sonrakıların həmin quruluşu nə qədər yaşada bilməsi, özlərini ona nə qədər yaxınlaşdıra bilmələri onların öz səylərindən asılı idi. Peyğəmbər isə nümunəni hazırlayıb bütün bəşəriyyətə, tarixə göstərdi. Bəli Peyğəmbər (s) Mədinəyə gəldi ki, bu quruluşu yaratsın və onu tarixdə bir nümunə kimi qoysun, nəticədə qiyamətədək hər kim bacarsa ona oxşar bir quruluş düzəltsin və insanları belə bir cəmiyyətə doğru yönəltsin. Əlbəttə belə bir rejimin yaranması üçün əqidəvi və insani əsaslara ehtiyac var. Hər şeydən öncə düzgün əqidə və düşüncə olmalıdır ki, onun əsasında uyğun rejim qurulsun.
Peyğəmbər (s) bu düşüncə və əqidələri tövhid və insan ucalığı, həmçinin digər İslam maarifləri formasında Məkkədəki 13 ildə açıqladı. Daha sonra Mədinədə həyatının sonunadək hər an bu fikir və maarifi (uyğun rejimin əsası olan düşüncə və maarifi) insanlara anlatdı. Rejimin qurulması üçün lazım olan ikinci məsələ isə insani əsasların var olmasıdır. Çünki bu rejim, İslam quruluşu fərdə əsaslanan bir quruluş deyil. Peyğəmbər (s) bu əsasların bir çoxunu Məkkədə hazırladı. Peyğəmbərin (s) yanında onunn böyük səhabələri (aralarında məqam fərqi olmaqla) var idi. Və bundan əlavə Peyğəmbərin (s) hicrətindən öncə Yəsribdə Peyğmbərin (s) göndərdiyi mesaj əsasında onu qəbul edən insanlarda mövcud idi; o cümlədən Səd ibn Məaz, və Əbi Əyyub kimi şəxslər. Daha sonrada Peyğəmbər (s) hicrət etdikdən sonra yeni insanlar hazırlamağa, kamilləşdirməyə başladı. Hər gün ləyaqətli müdirlər, böyük, şücaətli, güzəştli, imanlı, güclü və mərifətli, düşüncəli insanlar bu İslamın sütunları olaraq Mədinəyə daxil oldular. Peyğəmbərin (s) Mədinəyə (bu şəhər Peyğəmbərin (s) hicrətindən əvvəl Yəsrib adlanırdı və Həzrət şəhərə gəldikdən sonra Mədinətun-nəbi adı aldı) hicrəti gözəl bahar nəsimi kimi şəhər fəzasını dolaşdı və hamı sanki bağlı qapıların açıldığını hiss etdi; Odur ki, qəlblərdə oyanma yarandı.
İnsanlar Peyğəmbərin (s) Qobaya daxil olduğunu eşitdilər. (Qoba mədinə yaxınlığında yerləşir və Həzrət 15 gün həmin məntəqədə qaldı). İnsanların qəlbində Həzrəti görmək üçün olan şövq hər gün daha çoxalırdı. Bəziləri Qobaya gedir, Həzrəti ziyarət edir və sonra geri qayıdırdılar. Bir qrup insan isə Mədinədə onun yolunu gözləyirdi. Peyğəmbər (s) Mədinəyə daxil olduqda insanların qəlbindəki şövq, mülayim nəsim bir tufana çevrildi, qəlblər oyandı.
İnsanların qəbilə, milli təəssübləri, əqidələri və duyğuları bu insanın sözləri və rəftarı təsiri ilə məhv olur, onlar qarşısında yaranış həqiqətlərinə və əxlaqi dəyərlərə doğru yeni qapı açılırdı. Bəli, bu tufan hər şeydən öncə qəlblərdə inqilab etdi. Daha sonra bu tufan Mədinənin ətrafına yayıldı.
Daha sonra Məkkə qalasını fəth etdi və sonralar isə uzaqlara gedib, böyük iki imperyanın dərinliklərinə qədər irəlilədi. Getdiyi hər bir yerdə qəlbləri yerindən oynatdı və insanların daxilində inqilab yaratdı. Müsəlmanlar İslamın əvvəlində İran və Romanı iman gücü ilə fəth etdilər. Hücum edilmiş millətlər müsəlmanları görən kimi onların qəlbində iman yaranırdı. Qılınc yalnız maneələri, zor və zər başçılarını kənarlaşdırmaq üçün idi. Lakin insanlar, xalq hər bir yerdə o cümlədən o dövrdəki iki böyük Rom və İran imperyasında bu tufana cəzb olmuşdular. Bütün bunlar 40 ildə baş verdi, 10 il Peyğəmbərin (s) dövrü, 30 il isə Peyğəmbərdən (s) sonrakı dövr. (Tehranın cümə xütbəsindəki çıxışdan bir hissə Hicri-şəmsi, 1380,2,28).