Xəbər Lenti

Qürbətdə qalmış Qarabağ-Mənsur Həqiqətpur

Vicdan məhbusu zona buraxılmır,kars, karantində saxlanılır

İrandan nüvə sənədlərinin oğurlandığı iddiasına REAKSİYA

İranla nüvə anlaşmasının qorunmasının yüksək əhəmiyyəti vardır

Netanyahunun dostu Babuna ilə Hülya Avşar türkiyəlilərin ilik və qanını İsrailə niyə daşıdı1

Ermənistanın müdafiə naziri ordunu Naxçıvanla sərhədə topladı

Marneulidə İmam Rza (ə) və Xanım Məsumənin (s.ə) mövludları keçirildi

Ordumuz şəhid verdi

''İlham Əliyevi tənqidçiləri həbsxanadan azad etməyə çağırmağınızı xahiş edirik''

AXCP fəalı ''yatağını səliqəli yığmadığına görə'' həbsdə qaldı

“Mən Azərbaycan prezidenti ilə danışıqlara hazıram" - Nikol Paşinyan

Yəmənlilər Ərəbistan koalisiyasının komandanlarının iclası məkanına PUA ilə hücum ediblər

Blokadanı yaran gəmilər tezliklə İtaliyadan Qəzzaya yola düşəcək

İsrail yəhudi dövləti olduğunu rəsmən elan etdi – Daha 2 milyon ərəb təhlükədə

"Təcili tədbir görülməsə, Məmməd İbrahim dünya işığından məhrum olacaq"

Paşinyan: İlham Əliyevlə danışıqlara hazıram

Beş Xəzəryanı ölkə Xəzər dənizi ilə bağlı protokol imzalayıb

Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

Tale Bağırzadə Gəncə hadisələrindən yazdı

Rusiya ordusu erməni kəndinə soxuldu

`Ənsərullah` liderindən Hudeydə açıqlaması

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşdü

ABŞ ictimaiyyəti: "Trapm Putinlə görüşdə ABŞ-a xəyanət etdi"

Seyid Əmmar Əl-Həkim: “Xalqın tələbləri yerinə yetirilməlidir”

''Vətəndaş cəmiyyəti və media ilə dialoq olmasa Azərbaycan irəliyə getməyəcək''

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq

Azərbaycan Respublikası Paşiniyanın hədə-qorxularına cavab verib

XİN sözçüsü xarici jurnalistləri Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb

“Nar və ənar” filmi azəri dilinə tərcümə edildi

Azərbaycan xalqı müalicə üçün ilk olaraq İranı seçir

İran Prezidenti Livan Prezidentinə mesaj göndərdi

Həcci siyasiləşdirən Səudiyyə rejimi məhkəməyə verildi

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

ATƏT Azərbaycanı seçki qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmağa çağırır

İran səfiri: “İki ölkə arasında ticarət dövriyyəsi 2 milyard dollara çatacaq”

Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı

"Əbülfəz Bünyadovun həbsi insan haqlarına, humanistliyə zidddir"

Təhminə Milani Rusiya Film Festivalının münsifələr heyətinin sədri seçildi

Ali Məhkəmə ''Siyəzən məhbusları''nın şikayətini təmin etməyib

Arxiv
 
Tarix : 2016 Yan 31     |     Kod : 47753

Ideal Ailənın xüsusiyyətləri

Ailə kiçik bir cəmiyyətdir ki, ağlın vasitəsilə idarə edilməlidir.

AranNews- İslam təlimlərində ideal qadının xüsusiyyətləri bəyan edilmişdir ki, onlardan bəzilərinə işarə edək: 1. Dindar. İdeal qadının xüsusiyyətlərindən biri - dindar olmağıdır. O insanın ki, dini yoxdur, heç bir şeyi yoxdur deməkdir. Dindar qadın əri ilə bir yerdə həyatın çətinliklərinə sinə gərər, ərinin malına xəyanət etməz, iffət və paklığını qoruyar. Bundan başqa, İslam təlimləri əsasında övlad tərbiyə edər. Ərinin hüququna riayət edər.
2. Təqva. Baxmayaraq ki, təqva - dindar olmağın səmərəsidir, ancaq bəzi hədislərdə təqvalı olmağa xüsusi sifariş edilmişdir. Təbiidir ki, təqvalı qadın həya və iffətini təqvası sayəsində hifz edər. Ailə səadətinə son qoyan amillərdən biri qadının iffət və həyaya malik olmamasına görədir. Əxlaqi fəsadı ailə səadətini təhlükəyə salar və övlad tərbiyəsinə mənfi təsir qoyar. Ona görə də İslam dinində tövsiyə edilir ki, ailə qurduğunuz qadının ailəsi nəcib və təqvalı olmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Ey insanlar! Çirkin ailədə böyümüş gözəl qadından çəkinin”.
3. Zahirinə fikir vermək. Şübhəsiz ki, gözəllik bir imtiyazdır. Ailənin möhkəm olmasında təsiredici rola malikdir. Bir yerdə yaşayan bu iki insan bir-birinə qarşı sevgi bəsləməlidirlər. Əgər ər arvadını zahirinə görə sevmirsə, bu ailənin sütunu titrəyər və dağılmağa hazır olar. Əgər gözəl həyat yoldaşına malikdirsə, başqa qadınlara pis gözlə baxmayacaqdır. Peyğəmbər (s) buyurur: "Ümmətimin ən yaxşı qadınları onlardır ki, gözəl olub, mehriyyələri azdır”. Əlbəttə bu, tək meyar deyildir. Gözəl olmaqla yanaşı, başqa meyarların olması da vacibdir. Onu da qeyd etmək lazımdır ki, gözəllik nisbidir. Hər bir halda kişi ailə quran zaman həyat yoldaşının xarici görkəminə də diqqətetməlidir ki, ürəyinə yatan olsun.
4. Elm. Elm - insan səadətində həmişə mühüm rola malik olmuşdur. Çünki elm sahibləri oxuduqları mənbələrə əsaslanaraq, ərlərinin hüquqlarını qoruyar və daha yaxşı yaşamağın yollarını bilirlər. Bundan başqa, elmli qadın uşaq tərbiyəsində daha təcrübəli və agahdır. İslam dini həm ərin və həm də arvadının elm öyrənməsini həmişə vurğulamışdır.
5. Ağıl. Səadətli həyat qurmaq üçün insanın sağlam ağla ehtiyacı vardır. Ailə kiçik bir cəmiyyətdir ki, ağlın vasitəsilə idarə edilməlidir. Ağıl - həyat cığırını aydınladar. Ona görə də həyat yoldaşının xüsusiyyətlərindən biri də ağıl olmalıdır. İmam Əli (ə) buyurur: "Axmaqla evlənməkdən çəkin! Çünki onunla yaşamaq bir bəladır. Övladları da əxlaqsız olar”. Burada kişi ilə qadın arasında fərq yoxdur.
6. Ruhi və cismi sağlamlıq. Bəzi cismi və ruhi xəstəliklər çox da əhəmiyyətli deyildir. Ərin haqlarına riayət etməyə mane olmaz. Ancaq bəziləri ailə üçün təhlükəlidir. Ona görə də islam dini həyat yoldaşının ruhi və cismi sağlamlığını da xüsusi vurğulayır. Əlbəttə, arvadının cismi xəstəliklərinə dözmək - ər üçün yaxşı bir əməl olardı.
7. Fədakarlıq. Qadının mühüm xüsusiyyətlərindən biri də fədakarlıqdır. Ailə bir ölkə kimi qanunlara malikdir. Ər də bu qanunlara əsasən rəftar etməlidir. Eyni zamanda qadın da bu qanunlara riayət etməlidir.
Fədakarlıq qanundan da üstündür. Əgər ailədə qanunlara fədakarlıq olmadan əməl edilərsə, o qədər də təsiredici olmaz. Ər və arvad fədakar olmalıdır. Bir-birinin çətinliklərinə fədakarlıq göstərib, səbir etməlidirlər.


Yazılıb da (də)   2016 Yan 31  Saat  01   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin