Xəbər Lenti

Taleh Bağırzadə: ''Aşura baş yarmaq yox, haqq uğrunda savaş günüdür''

Gürcüstanda Məhərrəmlik mərasimləri izdihamlı şəkildə keçirilib – FOTOSESSİYA

Şəhidlər ağasının qanının dəyəri

Övladlarımızı Aşura hadisəsi ilə belə tanış edək

Sabiq MTN generalları hakim qarşısına çıxarılır

Abbas Hüseyn Aşura məktəbindən yazdı

Dərbənddə Nizaminin barmaqlarını sındırdılar - Foto

Aşura mərasimləri bizə peyğəmbərdən (s) irs qalıb Səfəvilərdən yox

Əfqan Muxtarlıya dostları ilə görüşmək icazəsi verilmir

“Qafqazda dini ayinlərin araşdırılması” konfransında çıxış edən politoloq deyib: Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin son bəyənatı ilkin dini hüquqların pozulması deməkdir.

Qafqaz və Türkiyədə məhərrəm mərasimlərində dəyişiklik mövzusunda dəyirmi masa

Aşura mərasimləri bizə peyğəmbərdən (s) irs qalıb Səfəvilərdən yox!

Azərbaycan məscidlərindən Aşura görüntüləri – FOTO

Aşura günü Şəhidlər Xiyabanı ziyarət edildi – FOTO

Aşura günü Gəncə və Bakıda qanvermə aksiyası keçirilib - Foto

Bakı məscidlərində Aşura günü

Gürcüstanda İzdihamlı "Tasua" yürüşü keçirildi

Millət vəkili: ''Mənim qanım hamıya lazım olan qandır'

Taleh Bağırzadə: ''Aşura baş yarmaq yox, haqq uğrunda savaş günüdür''

Qərbi Azərbaycan ostanında Vəliyyi-fəqihin nümayəndəsi: İslam və şiə ölkələrinin məsul şəxsləri Həzrət İmam Hüseynin (ə) əzadarlığına mane olmaq əvəzinə onlarla birgə olsunlar.

Dini şeirlər yazarı və araşdırmaçısı: Nardaran Qafqazda dini şeirlərin qütbüdür

Təbriz Universitetinin müəllimi “Qafqaz və Anadoluda Aşura mərasimlərinə baxış” konfransında dedi: Azərbaycan Respublikasında həbsdə olan dindarlar özlərinin ən adi hüquqlarından da məhrumdurlar.

İmam Hüseyn (ə) qiyamında səbir dərsi

Bəsrə əhalisi “Həşdi-Şabi” və İrana dəstək üçün genişmiqyaslı aksiya keçirdi

Rəsmi Bakı İrəvana reaksiya verdi

AXCP üzvü 6 il müddətində azadlıqdan məhrum edildi

ABŞ-da möhtəşəm məhərrəm yürüşü – FOTO

Gürcüstan Ali Dini İdaərsi Məhərrəm ayı ilə bağlı ehsan paylayıb

Aslan İsmayılov öz məhkəməsində iştirakdan imtina etdi

Azərbaycan İsraildən hansı silahları alıb - Sinitsin açıqladı

Putin Ərdoğanla İdlib barədə razılaşdı

Məscid axunduna qadağa qoy, uşağı niyə cərimələyirsən

Zorakılığı təbliğ edən serialların bəhrəsi: Azərbaycanda məhkum uşaqların sayı artıb – SOS

Düşünülmüş və hazırlıqlı qiyam

Hizbullahın lideri Trampı tənqid etdi

İmam Hüseyn (ə) qiyamında səbir dərsi

Bakıda orta məktəbdə hicab qalmaqalı

Təbrizin imamcüməsi Hüseyni əzadarlıqların əhəmiyyətini vurğuladı

Naxçıvanda “İslam filmləri həftəsi” keçiriləcək

“Putinlə Qarabağı müzakirə edəcəm” – Türkiyə prezidenti

Arxiv
 
Tarix : 2016 yan 31     |     Kod : 47755

Əxlaqi nihilizm və dəbdəbəçilik

İnsanlara anlatmaq lazımdır ki, şəri vəzifələr kamilliyə çatmağın ilkin və əsas şərtlərindəndir.

AranNews- Şəriət qanunlarına, şəri vəzifələrə əməl etmək insanı nəfsin əsarət zəncirlərindən azad edir. İslam insanlara gözəl söz və gözəl əməllə tanıtdırılmalıdır.
Nihillizm, şübhə altına almaq, hər şeyi icazəli bilmək, haramları halal hesab etmək! Bu kəlmələr lükspərəstlik, dəbdəbəçilik, xurafatçılıq kəlmələri ilə yanaşı olduqda, “bütün bunları rahat qəbul etmək olar və hec bir şəri üzrə ehtiyac yoxdur” mənasını verir. Bu düşmənlərin soyuq müharibəsidir. Ayıq-sayıq cavanlar hec zaman bunun ardınca getməyəcəklər və xarlıq gətirən gözəlliklərə əyilməyəcəklər. (Şəriəti, 1381, 1386)
İslam dini orta həddə yaşamağı istəyən bir dindir, İslam dini təbiətin gözəlliklərindən, bütün gözəl və münasib vasitələrdən istifadə etməyi icazəli bilir və eyni zamanda bu barədə tövsiyələr edir. Qurani-kərimdə buyurulur: “Allah sənə verdiyində axirət mənzilini axtar və dünyada öz nəsibini unutma. Allah sənə yaxşılıq etdiyi kimi, yaxşılıq et və heç bir zaman yer üzündə fəsad ardınca olma. Allah fəsad əhlini sevməz.” (“Qəsəs”,77)
Həmçinin Maidə surəsində buyurulur: “Ey iman gətirənlər! Allahın sizə halal etdiyi gözəl, pak şeyləri özünüzə haram etməyin və həddi aşmayın. Çünki Allah həddi aşanları, təcavüzkarları sevməz.” (“Maidə”,87)
Demək, dünyəvi gözəlliklərdən orta həddə faydalanmağın heç bir eybi yoxdur. Lakin insanların böyük bir hissəsi ifratçılıq edir və müxtəlif bəhanələrlə dəbdəbəçiliyə üz tuturlar. Bu səbəbdən Qurani-kərim müsəlmanları israf və həddi aşmaqdan çəkindirir: “Ey adəm övladları! Məscidə gedərkən zinətlənin. Yeyin, için lakin israf etməyin. Allah israfkarları sevməz.” (Əraf, 31)
Əbədi İslam məktəbi dünyaya, dünya bər-bəzəyinə bağlamağı, dəbdəbəçiliyi qınayır. Üsyan, təcavüzkarlıq, ictimai süqut, pisliklərin artması, dəyərlərin tapdanması dəbdəbəçiliyin nəticələrindəndir. Moda yoxsa nümunə? “Mod” bu gün bir çox cavanların rəftarlarının əsasıdır. Onların bu barədə yeganə dəlilləri müasir olmaq, başqalarından geri qalmamaqdır. Onlar deyirlər ki, bizə üçüncü dünya deyilməsini istəmirik. Mod kəlməsinin əvəzinə “nümunə” kəlməsindən istifadə etmək olar. Mod yalnız gündəlik həyata aid işlərə tətbiq olunur. Və nümunə seçimi üçün müqəddiməyə çevrilir.
Lakin nümunə seçimi həyatda ictimai-fərdi rəftarlara aid olur və maddi həyatın göstəriciləri ilə məhdudlaşmır. İnsan zatən nümunə seçməyə meyillidir, təkrardan qaçır və müxtəlifliyə, yeniliyə maraqlıdır. Insanın fitri ehtiyaclarını təmin edən hidayət kitabı Quran insanın nümunəyə ehtiyacını təmin etmək üçün onları peyğəmbərlər, ilıahi övliyalar və Quranı nümunə seçməyə çağırır. Bu vasitə ilə onların kamilliyə doğru addımlamalarına şərait yaradır. Quran kamil insan nümunəsi olan uca Peyğəmbəri (s) insanlar üçün ən gözəl nümunə kimi tanıtdırır. (Əhzab,21)
Düşmən moda vasitəsi ilə cavanların İslamdan qaçmasına şərait yaradır və onları düşmənlərin mənfəətini təmin edəcək səmtə yönəldir. Şübhəsiz peyğəmbərlərin böyük məqsədlərindən biri düzgün düşünmək üçün şərait yaratmaq, məntiqsiz qeydlərdən azad olmaq və kamillik yolunda böyük mane olan zəncirləri qırmaq olub. Nihillizmin, haramlara, qadağalara etinasızlığın iki əsası var: Ya şübhə toxumu səpmək, ya da nəfs istəkləri.
Nəfs istəklərindən doğan nihillizm dedikdə bu nəzərdə tutulur ki, şəxs hüquqi və şəri qadağalardan, haramlardan xəbərdar olsa belə, hətta qanun pozuntularının pis nəticələrini görə-görə əxlaqi dəyərləri tapdayır.
Dünyapərəstlik, ləzzət ardınca olmaq, nəfsə qulluq, tamahgirlik, təkəbbür, başqalarından fərqlənməyə çalışmaq, aristokratlığa meyl, tələskənlik, zahirən asan əldə olunan müvəqqəti mənfəətlər üçün davamlı xeyirləri qurban vermək və sair bu kimi bir çox hallar nəfs istəklərinə tabe olmağın nümunələrindəndir.
Nəzəri şübhədən doğan nihillizm: Bəzən şübhəyə səbəb dini və əxlaqi göstərişlərin qarşı tərəfin düşüncəsinə uyğun, günün dili ilə və gözəl şəkildə açıqlanmamasıdır. Ümumi düşüncə üfüqünün maddiyyat sərhədlərini aşmasına və varlığı maddiyyatdan daha yüksəklərdə, daha geniş görməsinə çalışmaq lazımdır. Insanlar səmimiyyətlə buna inanmalıdırlar ki, insanın kamilliyi şəhvətpərəstlikdə deyil. Insanlar səadəti dünyəvi və cismi ləzzətlərlə eyniləşdirməməlidirlər. Yaxud da ən azından ləzzəti maddi ləzzətlərlə məhdudlaşdırmamalıdırlar. Insanlar həddlərlə məhrumluq arasında fərq görməlidirlər. Təyin olunmuş hər bir həddi məhrumluq kimi anlamamalıdırlar.
Ictimai və davamlı mənfəəti şəxsi və ötəri mənfəətə qurban verməməlidirlər. Insanlar buna inanmalıdırlar ki, din nə ağla qarşıdır, nə də ağıldan qaçır. Əksinə bütün İslam hökmləri və İslam əxlaqı insan fitrətinə uyğundur.
Cəmiyyətə bunu anlatmaq lazımdır ki, şəri vəzifələr kamilliyə çatmağın müqəddiməsi və əsaslarındandır. Bunu bilməlidirlər ki, şəri qayda-qanunlar insanın əl-qoluna bağlanmış nəfs əsarəti zəncirlərini açır. İnsanlara din gözəl söz və gözəl əməllə tanıtdırılmalıdır. (Əraf,157)
Nihillizmi, şübhələri kimlər təbliğ edir Həqiqəti əlçatmaz bilənlər, şübhələrlə insanların yəqinini, əminliyini şəkkə çevirənlər, əminliyin, yəqinin məntiqli əsaslarını etibarlı bilməyənlər, həqiqətə yaxınlaşmağı (çatmağı deyil) yalnız təcrübi yolla mümkün hesab edənlər ədalət və əxlaqı onun icrası üçün ən əsas təzminçi olan dindən ayırmağa çalışırlar və dini təlimlərin ictimai, siyasi və iqtisadi məsələlərə toxunmadığını bildirirlər. Bu şəxslər bilərəkdən, yaxud bilməyərəkdən nihillizmi təbliğ edirlər. Onlar düşüncə və əxlaqın nisbiliyinə inanırlar, dəyərlərin əqidəvi əsaslarını əhəmiyyətsiz hesab edirlər (dünya görüşü ilə ideologiya arasında məntiqli rabitənin olmaması). Bu yolla nihillizmi doğruya yozmağa çalışırlar.
Nihillizmlə nümunə şəxslər arasında rabitə Ruhanilər, vəzifəli şəxslər elm və məqam sahibləri olduqları üçün bu sahədə olduqca təsirlidirlər. Onlar bu həssas məsələni daim nəzərə almalıdırlar ki, xalqın gözü onlardadır. Yaxşılara dəvət və pisliklərdən çəkindirmək rəbbani alimlər tərəfindən əməli sürətdə gerçəkləşdikdə öz yüksək təsirini qoya bilir.
Imam Sadiq (ə) buyurur: “Bidətçilər, dində fəqih olmadan və möhkəm şəri dəlilə arxalanmadan Allahın haramını halal edənlər, haramlar barəsində şübhə yaradanlar və bu yolla dünyada şöhrət və məqam əldə etməyə çalışanlar elmi pul, qazanc vasitəsinə çevirənlərdir.” (Səduq, c.1, s.181)



Yazılıb da (də)   2016 yan 31  Saat  02   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin