Dünyanı zühuru ilə dəyişən İmam Zaman (əc.), həzrət Fatimeyi-Zəhranı (s.ə) özünün praktiki və qanun örnəyi sayır.
AranNews- Elə şəxsiyyətlər var ki, onların məqamını olduğu kimi vəsf etmək mümkünsüzdür. Fatimeyi-Zəhra (s.ə) da onlardan biridir. Ona görə də, qısa da olsa, o həzrətin məqamı haqqında məlumatı təkcə, təkcə məsumların (ə) kəlamında araşdıracağıq. Əlbəttə, xatırlatmaq lazımdır ki, bu yazılar yalnız və yalnız o dəryanın fəzilətlərindən bir damladır.
1. Fatimeyi-Zəhra (s.ə) imam Əlinin (ə) baxışında Həzrət Əli (ə), Müaviyənin əməvilərə istinad etdiyi əsassız iddialarının cavabı olaraq bir məktubda yazdı: “...cənnət cavanlarının iki ağası bizdəndir, səbiyyətun-nar (nəsibi od olan uşaqlar) sizdən. Dünya qadınlarının ən yaxşısı bizdəndir, həmmalətul-hətəb (cəhənnəm əhli üçün odun daşıyan) sizdən...”Sonra öz şerindən bir parça xatırladaraq buyurur: “Mən Fatimə (s.ə) və övladlarını salamlayıram! Həmçinin Fatiməni (s.ə) mənimlə evləndirdiyindən Allah Rəsuluyla (s) fəxr edirəm.”
2. Fatimeyi-Zəhra (s.ə) imam Həsənin (ə) baxışındaİmam Həsən (ə) çox yerdə anası haqqında danışıb. O cümlədən, Fatimə (ə.s) haqqında buyurub: “Bir gecə anamı mehrabda namaza durduğunu gördüm. Günəş çıxanadək rüku və səcdə halında idi. Qonşulardan bir-bir kişi və qadınların adını deyərək onlara dua etdi, lakin özü üçün bir şey istəmədi. Ərz etdim: “Anacan! Başqalarına dua etdiyin kimi, niyə özünə də, dua etmirsən?” Buyurdu: “Öncə qonşu sorna ev.”
3. Fatimeyi-Zəhra (s.ə) imam Hüseynin (ə) baxışındaAşura günü düşmən ordusu imam Hüseyni (ə) əhatəyə aldıqda İmam (ə) müfəssəl bir xütbə buyurdu: “Məni ölüm və zillət seçimi arasında qoyublar. Amma mən heç vaxt özümü alçaqlığa tabe etmərəm. Allah və Rəsulu (s) məni bu işdən çəkindirir. Həmçinin pak və təmiz insanlar, onu qəbul etməyimə icasə verməzlər.” Bir sözlə, imam Hüseynin (ə) xütbəsində, onun Faimeyi-Zəhranın (s.ə) prinispinə əsaslanması məlumdur.
4. Fatimeyi-Zəhra (s.ə) imam Səccadın (ə) baxışındaİmam Səccad (ə) buyurub: “Qiyamət baş verdiyi zaman, carçı car çəkərək belə deyəcək: - Bu gün qorxmayın və kədərlənməyin. - Hamı bu ümumi bağışlanmadan başlarını qaldırar. Fatimeyi-Zəhra (s.ə) məhşərə daxil olan zaman deyiləcək: - Əhli-beyti (ə) sevənlərdən başqa ayələrimizə iman gətirənlər və müsəlman olanlar hamısı başlarını aşağı salsın. O zaman Muhəmmədin (s) qızı həzrət Fatimeyi-Zəhranın (s.ə) kimiliyi məılum olar. O, və ətrafında olanları cənnətə doğru gedərkən Allah bir mələyi onun yanına göndərib deyəcək:- Məndən hacətini istə! Fatimə (s.ə) ərz edəcək:-Ey Allah! Mənə və mənim övladlarıma kömək edənləri bağışla”.
5. Fatimeyi-Zəhra (s.ə) imam Muhəmməd Baqirin (ə) baxışındaBir hədisdə, imam Muhəmməd Baqir (ə) buyurur: “And olsun Allaha! O gün (qiyamət günü) Fatimə (s.ə), öz şiələrini və dostlarını yaxşı dəni pis dəndən ayıran bir quş kimi, camaat arasından ayırıb (özüylə cənnətə aparacaq).
6. Fatimeyi-Zəhra (s.ə) imam Cəfər Sadiqin (ə) baxışındaBaşqa bir hədisdə Seyid Haşim Bəhrani imam Sadiqdən (ə) belə nəql edir: “Heç bir peyğəmbərin peyğəmbərliyi, Fatimənin (s.ə) fəzilətini təsdiqləmədən və ona məhəbbət bəsləmədən kamil olmadı”. Həmçinin “İnna ənzəlnahu fi ləylətil-qədr” ayəsi haqqında buyurub: “Ləyl”-də məqsəd Fatimə (s.ə) və “Qədr”-də məqsəd Allahdır. Hər kəs Fatiməni (s.ə) olduğu kimi tanısa “ləylətil-qədr”-i dərk edibdir”.
7. Fatimeyi-Zəhra (s.ə) imam Musayi Kazimin (ə) baxışındaİmam Kazim (ə) buyurur: “Həqiqətən Fatimə (s.ə) Siddiqə və Şəhidədir”.
8. Fatimeyi-Zəhra (s.ə) imam Rzanın (ə) baxışındaİmam Rza (ə) öz ata-babasından, onlar da Peyğəmbərdən (s) nəql edirlər ki, Əli (ə) və Fatimənin (s.ə) nigahından sonra Allah təala buyurdu: “(Ey Rəsulum!) Əlini (ə) yaratmasaydım yer üzündə qızın Fatimə (s.ə) üçün həyat yoldaşı tapılmazdı.”
9. Fatimeyi-Zəhra (s.ə) imam Cavadın (ə) baxışındaZəkəriyya ibn Adəm nəql edir: “İmam Rzanın (ə) hüzurunda idim ki, dörd yaşında olan imam Cavad (ə) içəri daxil oldu. Əyləşldi, əllərini yerə qoyub başını göyə qaldırdı, uzun fikrə daldı. İmam Rza (ə) buyurdu: Canım sənə qurban olsun, nə üçün fikrə dalmısan?” Cavab verdi: “Anam Fatimeyi-Zəhraya (s.ə) olunan zülümlərə gorə”.
10. Fatimeyi-Zəhra (s.ə) imam Hadinin (ə) baxışındaİmam Hadi (ə) həzrət Siddiqeyi-Tahirəyə (s.ə) Fatimə adının verilməsinin səbəbini peyğəmbərdən (s) belə nəql edir: “Qızım Fatiməyə (s.ə) bu adın verilməsinin səbəbi Allahın onu və dostlarını oddan uzaq etməsidir”.
11. Fatimeyi-Zəhra (s.ə) imam Həsən Əskərinin (ə) baxışındaİmam Həsən Əskəri (ə), imam Əlidən (ə) o da, Peyğəmbərdən (s) belə nəql edir. “Allah, Adəm və Həvvanı yaratdıqdan sonra onlar orada özləriylə fəxr edirdilər. Adəm (ə) Həvvaya dedi: -Allah bizdən yaxşı heç bir məxluq yaratmayıb. Allah Cəbrailə (ə) buyurdu: -“Bu iki bəndəmi Firdovs cənnətinə apar!” Onlar Firdovsa daxil olduqda, əynində cənnət paltarı, başında nur saçan bir tac və qulağında parlayan sırğa asılmış, üzünün nuru cənnəti nurlandıran bir xanımı gördülər. Həzrət Adəm (ə), Cəbrailə dedi: -“Sevimlim Cəbrail, gözəlliyi ilə cənnəti nurlandıra bu xanım kimdir?” Cəbrail dedi: -“Sənin nəslindən, axırzamanda gələcək sonuncu peyğəmbərin qızı xanım Fatimədir (s.ə). Adəm (ə) dedi: -“Başındakə tac nədir?”. Cəbrail cavab verdi: -“Həyat yoldaşı Əli ibn Əbutalib”. Adəm (ə) dedi:- “Qulağındakı iki sırğa nədir?”. Cəbrail cavab verdi: -“İki övladı Həsən (ə) və Hüseyndir (ə)”. Adəm dedi:-“Onlar məndən öncə yaranıblar?”. Cəbrail cavab verdi: “Bəli, onlar dör min il sən yaranmazdan öncə Allahın gizli elmində var idi”.
12. Fatimeyi-Zəhra (s.ə) imam Mehdinin (ə) baxışındaİmam Mehdi (ə.c) buyurub: -“Allah Rəsulunun (s) qızı Fatimə (s.ə), örnək və ən gözəl ülgüdür.” Dünyanı zühuru ilə dəyişən İmam Zaman (əc.), həzrət Fatimeyi-Zəhranı (s.ə) özünün praktiki və qanun örnəyi sayır. Bu kəlmada da, aləmlər xanımı həzrət Zəhranın (s.ə) uca məqamı məlum olur.
Atası etdi vəfat, naləsi dinmir Xanımın,
Əli əxz etdi ki, göz yaşı silinmir Xanımın,
Bu ürək dağı ilə etdi himayət Əlini,
Hələ də, indiyədək qəbri bilinmir Xanımın,
Balası qüssəlidir Fatimə əyyamı üçün.
Dilimiz nöhəlidir Fatimə əyyamı üçün.