Saatlı rayonun Qıraqlı kəndində məscidə qaz sayğacı qoyulması, ödənişin isə əhali tərəfindən tələb olunması barədə məlumat yayılmışdı.
AranNews- Bir neçə gün öncə sosial şəbəkələrdə Saatlı rayonun Qıraqlı kəndində məscidə qaz sayğacı qoyulması, ödənişin isə əhali tərəfindən tələb olunması barədə məlumat yayılmışdı. Bundan sonra istifadəçilər dini məbədlərin kommunal xərcləri ilə bağlı müzakirələrə başladı.
Biz də məsələyə aydınlıq gətirmək üçün mövzunu araşdırmağa qərar verdik. Azərbaycanda məscidlərin və digər dini məbədlərin ehtiyacları hansı qaydada ödənir? Dindən ayrı olan dövlət bu prosesdə nə qədər rol oynayır?
Bu suallara aydınlıq gətirmək üçün ictimaiyyət və dövlət nümayəndələrindən məlumat aldıq.
Elə Saatlı rayonunun Qıraqlı kındinin icra nümayəndəsi Muxtar Qafarov açıqlamasında bildirib ki, kənd məscidinə yaxın günlərdə qaz çəkilib:
“Məscidə qanuna uyğun olaraq qaz sayğacı da quraşdırılıb. Lakin əhali və ya məscid icması buna görə ödəniş etməyəcək. Qazın limitlə pulsuz istifasinə icazə verilib. Bu limit də məscidə tam bəs edir”.
“Azərqaz”ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi İbrahim Kərbəlayev açıqlamasında bildirib ki, ölkədəki ibadətgahlara təbii qaz müəyyən bir limitə qədər pulsuz verilir: “Respublika ərazisində 341 dini ibadət yerini “Azəriqaz” qazla təmin edir. Hər bir ibadətgaha 5 min kubmetr həmcdə limit verilir. Bu limitə qədər istifadə olunan qaza görə ödəniş edilmir. Bu dövlət tərəfindən pulsuz verilir. Lakin 5 min kubmetrdən çox istifadə edildikdə bu məscid, daha dəqiq desək həmin məscid üzərində qeydiyyatdan keçən dini cima tərəfindən ödənilir. Bu formal qaydadır. Amma praktikada görünür ki, onsuz da məscidlərə bu limit bəs edir. Bu limit hər bir dini məbədlərə eyni qaydada verilir, burada məscid, kilsə və ya sinaqoqlara fərq qoyulmur”.