Tarix : 2016 Jan 31
Kod 47760

15 ölkənin hərbi attaşesi Bakıda topıaşdı

Azərbaycanin Müdafiə Nazirliyində 15 ölkənin hərbi attaşesi ilə görüş olub.
AranNews- Xarici dövlətlərin Azərbaycandakı səfirliklərdə fəaliyyət göstərən 15 ölkənin hərbi attaşesi və Hərbi Attaşelik Aparatlarının nümayəndələri Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin yeni binası ilə tanış olublar
qonaqlar Heydər Əliyevin zəngin həyat yolu, dövlətçilik fəaliyyətini əks etdirən xatirə zalını ziyarət edib, prezident İlham Əliyevin xarici siyasətini əks etdirən stendlərlə tanış olub, eləcə də onlara Azərbaycan tarixi, dövlət rəmzləri və atributları haqqında ətraflı məlumat çatdırılıb.
Hərbi əməkdaşlıq çərçivəsində danışıqların keçirildiyi görüş otaqları, müxtəlif tədbirlərin təşkili üçün müasir texniki vasitələrlə təchiz olunmuş sinif və konfrans zalları qonaqlara təqdim olunub.
Görüşün proqramına əsasən, qonaqlara idarənin yerləşdiyi hərbi şəhərciyin yaranma tarixi barədə məlumat verilib və 2016-cı il ərzində hərbi əməkdaşlıq sahəsində nəzərdə tutulan tədbirlər planı təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.
  • Yazılıb
  • da (də) 2016 Jan 31
  • Göndərən مدير سايت Aran News