Bu gün dünyanın müxtəlif bölgələrində müsəlman və qeyri-müsəlman qadınlar öz hicablı şəkillərini sosial mediada paylaşaraq Qərb ölkələrində hicaba və hicablı qadınlara qarşı zorakılıqlara son qoyulmasını tələb edirlər.
Arannews- Fevralın 1-i Beynəlxalq Hicab günü kimi qeyd edilir. Fevralın 1-i dünyanın müxtəlif bölgələrində müsəlman və qeyri-müsəlman qadınlar öz hicablı şəkillərini sosial mediada paylaşaraq Qərb ölkələrində hicaba və hicablı qadınlara qarşı zorakılıqlara son qoyulmasını tələb edirlər. bu aksiyada iştirak edən qeyri-müsəlman qadınlar Qərb ölkələrində müsəlmanlar və hicablı qadınlar haqqında Qərb KİV-lərinin yalnış təsəvvür yaratdığını bildirib və əslində isə müsəlmanların fərqli olduğunu bildiriblər. Onlar Avropa və Amerikada yaşayan ifratçı qrupları müsəlmanlara və müsəlman qadınlara qarşı irqçi hərəkətləri dayandırmağa çağırıblar.
İndiyədək bu aksiyada İspaniya, Danimarka, Avstriya, Amerika, Malazya, İndoneziya, Misir, Qazağıstan, Tayland və digər ölkələrdən qeyri-müsəlmanlar iştirak ediblər.