Tarix : 2016 Feb 01
Kod 47766

Ermənistanda zəlzələ qurbanları aksiya keçirir

Ermənistanda bir ailə üzvləri adları hökumətin tikdiyi ev siyahısından çıxarıldığı üçün günlərdir ki, yerli icra hakimiyyətinin binasının ağzını kəsdirib etiraz aksiyası keçirir.
AranNews- Arayik Sardaryan xanımı və iki uşağı ilə 1988-ci ilin zəlzələsində dağılan Aragatsonun Tsaghkahovit kəndindədir. Həmin zəlzələ vaxtı bir çox ailə evsiz qalmışdı.
Sardaryanın atası zəlzələdən sonra yeni evlə təmin olunub, ancaq oğlu, indi 43 yaşında olan Arayik böyüyüb evlənəndən sonra oranı tərk edib. Onları siyahıdan çıxarıblar
Arayikin ailəsi yeni ev gözləyən Tsaghkahovitin sakinlərinin siyahısında idi. 2013-cü ildə onları siyahıdan çıxarıblar, yerli hökumət bunun səbəbini izah etmir. Ötən il kəndin 40-a yaxın sakininə yeni ev verilib.
Sardaryan ailəsi keçən həftədən hər gün adminstrasiyanın binası qarşısında yerli qubernator Sargis Sahakiyanla görüşmək tələbi ilə bir neçə saat etiraz aksiyası keçirir.
Sahakiyan deyir ki, yeni evlərin paylanması zamanı hər hansı səhvə yol verilməyib: “Biz Şəhər İnkişafı Nazirliyi ilə birlikdə il yarım sərf edib kimin evə ehtiyacı var, kimin yox, araşdırıb o adamların siyahısını hazırlamışıq. Biz evləri tələm-tələsik paylamamışıq”, - o, “Azadlıq Radiosu”na deyib.
Aragatson adminstrasiyasının veb saytında göstərilir ki, yeni evlər təkcə zəlzələ qurbanlarına yox, həm də kasıb ailələrə veriləcək.
Tsaghkahovitin rəhbəri Yervand Xaçatryan bunu təsdiqləyib. O əlavə edib ki, iki ailə siyahıda olmasa da, ev proqramına daxil edilib. Xaçatryanın sözlərinə görə, baş nazir Ovik Abramyan bu adamları siyahıya salmağı şəxsən xahiş edib.
  • Yazılıb
  • da (də) 2016 Feb 01
  • Göndərən مدير سايت Aran News