Tarix : 2016 Feb 01
Kod 47768

Gürcüstana İrandan qaz kəməri iki marşrutla çəkilə bilər

Kaxa Kaladze: İrandan Gürcüstana çəkiləcək qaz kəməri Azərbaycandan keçə bilər.
AranNews- Bunu Gürcüstanin baş nazirinin birinci müavini, energetika naziri, Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, qaz kəməri ya Azərbaycan, ya da Ermənistan üzərindən keçə bilər.
Hələlik bununla bağlı bizim İranla birbaşa danışıqlarımız yoxdur, - deyə K. Kaladze qeyd edib.
Baş nazirin müavini Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana gözlənilən rəsmi səfərini də müsbət qiymətləndirib: "Biz buna çox sevinirik. Bizim mehriban və yaxşı münasibətlərimiz var.
Azərbaycan prezidentinin Gürcüstana rəsmi səfəri bir daha təsdiq edir ki, bizim dostluğa əsaslanan, çox yaxşı münasibətlərimiz var.

  • Yazılıb
  • da (də) 2016 Feb 01
  • Göndərən مدير سايت Aran News