Tarix : 2016 Feb 01
Kod 47769

Tərtərin icra başçısı qorxusundan gecəni Tərtərdə yatmır

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov iş saatı bitdikdən sonra rayonu tərk edir.
AranNews- Müstəqim Məmmədov 2014-cü ilin mayında icra başçısı təyin olunandan indiyə kimi demək olar ki, hər gün işdən sonra ya anadan olduğu Yevlax şəhərinə, ya da Gəncəyə üz tutur. Başçıya yaxın adamlardan birinin dediyinə görə, o, bu addımı şəxsi təhlükəsizliyi üçün atır. Belə ki, Tərtər rayonu cəbhə bölgəsi hesab olunduğundan, Müstəqim Məmmədov gecələri rayonda qalmaqdan ehtiyatlanır.
Maraqlıdır ki, qaynar bölgə olsa da, sakinlər doğma yurd-yuvalarını tərk etmirlər. Rayona rəhbərlik edən şəxs isə ona dövlət başçısı tərəfindən rəhbərliyi etibar edilmiş rayonda qalmağı özünə rəva bilmir.
Qeyd edək ki, 47 yaşlı Müstəqim Məmmədov 2012-2014-cü illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini işləyib. O, hazırki vəzifəsinə prezident İlham Əliyevin 7 may 2014-cü il tarixli sərəncamı ilə təyin edilib.
  • Yazılıb
  • da (də) 2016 Feb 01
  • Göndərən مدير سايت Aran News