Tarix : 2016 Feb 01
Kod 47770

Fəcr Bayramıniz mübark olsun

İran İslam Respublikası banisinin vətənə qayıtması günün ildönümü və fəcr bayramı günləri münasibəti ilə bütün dünya müsəlmanları və azadələrini təbrik edirik.
Arannews- 12 bəhmən, 1 fevral 2016-cı milad ili İİR-nin banisi İmam Xomeyni həzrətlərinin islami vətənə qayıtmasının ildönümüdür. 37 il əvvəl bu gün İmam Xomeyni həzrətləri 15 il sürgün ardınca və 15 ildən sonra vətənə dönüb xalq tərəfindən hərarətlə qarşılandı.
İranın oyaq və inqilabi xalqının İmam Xomeyni həzrətlərini qarşılaması o qədər əzəmətli oldu ki , tarixin heç bir dövründə buna bənzər qarşılama mərasimi təşkil olunmadığı deyilir . İmam Xomeyni Mehrabad hava limanında qısaca nitq söyləyərək İslam İnqilabı şəhidlərinin ruhuna dərin ehtiramını bildirmək üçün beheşt zəhra qəbiristanlığına yollandı və orada geniş nitq söylədi. İmam Xomeyni həzrətləri şəhidlər məzarını ziyarət etdikdən sonra Tehranda sadə bir evdə qalaraq əzəmətli İslam İnqilabının qələbə çaldığı 11 fevral tarixinə qədər oradan inqilabi rəhbərlik etdi. İranda fevralın birindən yəni İmam Xomeyninin vətənə gəlişindən inqilabın qələbə çaldığı 11 fevral tarixinə qədər olan günlər fəcr dekadası dalanır və hər il bu günlərdə xüsusi mərasimlər keçirilir . İran İslam Respublikası banisinin vətənə qayıtması günün ildönümü və fəcr bayramı günləri münasibəti ilə bütün dünya müsəlmanları və azadələrini təbrik edirik.


  • Yazılıb
  • da (də) 2016 Feb 01
  • Göndərən مدير سايت Aran News