Xaricdə yaşayan talış ziyalısına Azərbaycan daxilində yaxınlarının təhdidi ilə təzyiq olunur.
AranNews- Rusiyada Talışların Diasporasının rəhbəri naməlum şəxslərin Lənkəranda atasının mənzilinə hücum olunduğunu bildirib.
İsmayıl Şabanov deyib: Naməlum şəxslər şənbə gecə düşmənçilik xarakterli hərəkətdə Lənkəranın Havzəvoy kəndində atasının mənzilinə hücum edib və onu ağır yaralayıblar.
Rusyia Federasiyası Prezident Aparatının Milli Şurasının üzvü rəsmi Bakını sərt tənqid edərək və insan haqları qurumlarında məsələnin izlənilməsini vurğulayaraq deyib ki,bu hadisə Azərbaycan Respublikası talışlarının hüquqlarını himayə üzrə fəaliyyətlərinə cavab idi. Lakin addım atdığı yolda geri çəkilməyəcək.
Bu ilk dəfə deyil ki, Azərbaycan Respublikası hökuməti bu ölkə talışlarına qarşı düşmənçilik siyasəti, eləcə də talış ziyalıları və insan haqları fəallarına təzyiq istiqamətində onların yaxınlarını qorxutmaq vasitəsindən istifadə edir.