Tarix : 2016 Feb 02
Kod 47773

İŞİD öz üzvülərini edam edib

İŞİD terror qruplaşması Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərindən qaçmağa cəhd göstərən terrorçuları xalq önündə edam edib.
Arannews- İŞİD terror qruplaşması Mosulun yaxınlığındakı yoxlama-buraxılış məntəqəsində öz postlarını tərk etmiş 20-dən çox terrorçunun kimliyini ifşa edərək, onları insanlar önündə edam edib.
Hadisə şahidlərinin dediklərinə görə, İŞİD terrorçularının xalq önündə başlarının kəsilməsi öz mövqelərini tərk etmək istəyən terrorçular üçün xəbərdarlıq xarakteri daşıyır.
Bundan öncə də İŞİD-in işğalı altında olan şəhərlərdən birinin İraq ordusu tərəfindən azad edilməsinin ardıca, terrorçular Mosul şəhərinə doğru geri çəkilmişdilər. Bu zaman bir qrup terrorçu dəstə başçısı İraq ordusu ilə savaşda məğlub olduqları üçün xalqın gözü önündə diri-diri yandırılaraq, edam edilmişdi.

  • Yazılıb
  • da (də) 2016 Feb 02
  • Göndərən مدير سايت Aran News