Tarix : 2016 Feb 02
Kod 47774

Yəməndə sivillər hədəfə alınır

Ərəbistan bir bəyanat yayaraq, Yəmənə qarşı hücumlarda sivil əhalinin də qırğın edilməsini etiraf edib
Arannews- Ərəbistan dövləti Yəməndə sivil əhalinin hədəfə alındığını etiraf edərək, öz cinayətlərini əsaslandırmağa çalışdı.
Ərəbistan bir bəyanat yayaraq, Yəmənə qarşı hücumlarda sivil əhalinin də qırğın edilməsini etiraf edərək, bunun məqsədyönlü şəkildə olmadığını iddia edib.
Ərəbistanın BMT-dəki nümayəndəsi Yəməndə sivil əhalinin qırğın edilməsindən "təəssüf" ifadə edərək, bu barədə araşdırmaların aparılması üçün "faktaraşdırıcı komitə"nin yaradıldığını deyib.
BMT bundan öncə yəmənə edilən hücumlarda sivil əhalinin hədəfə alınması faktını təsdiq edərək, bu məsələni qınamışdı.
Digər tərəfdən Ərəbistan qırıcıları Yəmənin paytaxtı Sənanın şimal-şərqində Rəhbə adlı məntəqəni bombardman ediblər. 3 uşaq və 3 qadın bu hadisədə həyatını itirib.
Ərəbistanın Yəmənə olan hücumlarının artmasının ardınca BMT baş katibinin sözçüsü Stefan Ducarik Yəmənə edilən hücumların artmasından nigaranlıq edib və deyib: Yəmənə qarşı hücumlarda qadağan edilmiş silahlardan istifadə ilə bağlı nigarnlıq doğuran xəbərlər daxil olur.


  • Yazılıb
  • da (də) 2016 Feb 02
  • Göndərən مدير سايت Aran News