Tarix : 2016 Feb 02
Kod 47775

Suriya ordusu terrorçulara qarşı əməliyyatlarını davam edir

Suriya ordusu İŞİD terror qruplaşması ilə döyüşdə irəliləyərək bu ölkənin şimalında Hələb İstilik Elektrik Stansiyasının ətrafını mühasirəyə alıb.
Arannews- Suriya ordusu Hələb şəhərinin şərq ətrafında hərbi əməliyyatın davamında Koyres hərbi bazası yaxınlığında İŞİD-in ən önəmli mövqelərindən biri olan İstilik Elektrik Stansiyasını mühasirəyə alıb.
Başqa bir məlumata görə, Hələb şəhərinin qərbində Seyfud-Dövlə məhələsində Suriya ordusu və terrorçular arasında davam edən toqquşmalarda ordunun ağır artilleriyası terrorçuların bazalarını hədəfə alıb.
Həmçinin Suriya ordusu və bu ölkənin xalq qüvvələri İŞİD terrorçularının Homs şəhərinin şərq ətrafında əl-Məqali məntəqəsinin hərbi bölgələrinə hücumunu zərərsizləşdiriblər.
Suriya qüvvələri Dəməşqin Xərabu məntəqəsində Kənd Təsərrüfatı İnstitu ətrafında terrorçularla toqquşaraq, 12 terroçunu məhv ediblər.


  • Yazılıb
  • da (də) 2016 Feb 02
  • Göndərən مدير سايت Aran News