Tarix : 2016 Feb 02
Kod 47778

Gürcüstan, Ermənistanla hərbi əməkdaşlıqa başladi

Gürcüstanla Ermənistan arasında 2016-cı il üzrə hərbi əməkdaşlıq proqramı imzalanıb.
AranNews- Bu haqda Ermənistan KİV-i məlumat yayıb.Məlumata görə, sənədi İrəvanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Ermənistanın müdafiə naziri Seyran Ohanyan imzalayıblar.
İnformasiyada bildirilib ki, iki ölkə arasında əməkdaşlıq 2010-cu ildən başlayaraq, plan əsasında qurulur. Bu proqramda sülhməramlıların fəaliyyəti, hərbi təhsil və hazırlığa üstünlük verilir.
Qeyd edək ki, fevralın 1-də Gürcüstanın müdafiə naziri Tinatin Xidaşili İrəvana rəsmi səfər edib.
  • Yazılıb
  • da (də) 2016 Feb 02
  • Göndərən مدير سايت Aran News