Azərbaycandan Ermənistana qayıdan Qevorkyan ailəsi azadlıqdan məhrum edilib.
AranNews- bu barədə yerli Məhkəmə Departamentinin mətbuat xidməti məlumat yayıb.
Ailə başçısı Yeqişe Qevorkyan 5 il, xanımı Ruzanna Qevorkyan isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Hər ikisi sınaq müddəti üçün 1 il müddətinə şərti azad ediliblər.
Xatırladaq ki, 2010-cu ilin yanvarın 10-da 52 yaşlı Yeqişk, arvadı Ruzanna və 3 uşağı ilə birlikdə «YerAZ» avtomobilində sərhəddi keçərək Naxçıvana gəlmişdilər. 2014-cü ilin dekabr ayının 12-də isə yenidən Ermənistana qaytarılırlar.