Tarix : 2016 Feb 03
Kod 47785

Cenubnews portali, bloklanma haqqinda müraciət yaydı

Növbəti dəfə olaraq, Cenubnews.com, bu saytın ölkə ərazisində yayımlanmasına qoyulan blokla bağlı müraciət yayıb.
AranNews- Noyabr, dekabr ayından sonra Azərbaycanda və ölkədən xaricdə kifayət qədər tanınan və istinad olunan "Cenubnews.com" saytı dəfələrlə kiber cinayətkarların hücumuna məruz qalmışdır. Saytların bloklanması tendensiyası söz azadlığının boğulması deməkdir Bir neçə müddətdir ki, Cenubnews.com saytı müxtəlif haker hücumlarına məruz qalırdı. Bir ay əvvəl saytımızın “ip” ünvanı bloklandı, bunu texniki “spam”la əlaqələndirərək, yeni server və yeni “ip” ilə yayına başladıq.
Beş gün öncə isə, saytın “ip” ünvanı provayderləri internetlə təmin edən Delta şirkəti tərəfindən yenidən bloklanıb. Bu məsələlərə nəzarət edən qurumlara Cenubnews.com portalının redaksiya heyəti adından müraciət edərək, bu blokun ləğv edilməsini istəyirik. Bildiririk ki, saytların bloklanması tendensiyası söz azadlığının boğulması, insan haqlarının kobud surətdə pozulması deməkdir. Bloklanmaya son verilmədiyi təqdirdə, məsələ ilə bağlı, yaxın günlərdə, prezident İlham Əliyevə müraciət edəcəyimizi diqqətinizə çatdırır, bundan sonra dünyadakı insan haqları və jurnalistlərin hüquqlarının müdafiəsi komitələrinə yazılı müraciət ünvanlayacağıq.

Sayt blokdan çıxana qədər saytın Facebookda rəsmi səhifəsində xəbərləri izləyə bilərsiz!
Səhifəyə keçid linki: Facebook.com/CenubNews/
Qeyd edək ki, bir müddət əvvəl İslamazeri.az saytının "ip"-si bloklanıb və ölkə ərazisində girişinə məhdudiyyətlər qoyulub.
  • Yazılıb
  • da (də) 2016 Feb 03
  • Göndərən مدير سايت Aran News