Tarix : 2016 Feb 03
Kod 47790

Banklarin müştərilərə qarşı sərt tədbirləri

Azərbaycanda Bank kartından zəif istifadə edən, borclarını vaxtı-vaxtında verməyən müştərilərin kartları dondurulmağa başlayıb.
AranNews- Azərbaycanda bir neçə bankın bağlanması, həmçinin bəzilərinin də bağlanma təhlükəsinin olması, cəmiyyətdə ciddi narahatlıq yaradıb. Artıq banklarla bağlı bəzi narahatlıq doğuran xəbərlər yayılmaqdadır.
Bir neçə gün öncə "Bank of Baku"nun müştərilərə təqdim etdiyi "Loyallıq" layihəsi çərçivəsində "Dostlar klubu" kartının və Bolkartın ləğvi barədə xəbərlər yayılmağa başladı. Sputnik-in əməkdaşı məsələni aydınlaşdırıb.
"Hörmətli müştəri! Birdiririk ki, "Loyallıq" layihəsi çərçivəsində "Dostlar klubu" kartı üzrə ekspress xətt limitindən istifadə müddəti məhdudlaşdırılmışdır" deyə bank tərəfindən müştərilərə mesaj göndərilir.
Məsələ ilə bağlı "Bank of Baku"nun 145 "qaynar xətt"i ilə əlaqə saxladıq. Təxmini 40 dəqiqə xətdə gözləyəndən sonra nəhayət ki, bir xanımın "alo" cavabını eşitdik.
Xanım operator "Loyallıq" layihəsi çərçivəsində "Dostlar klubu" kartının bağlanması xəbərini təsdiqlədi: "Bəli "Dostlar klubu" kartı bağlanır. Amma onu qeyd edim ki, layihə müvəqqəti bağlanır. Zamanı dəqiq bilmirik, amma bir müddət sonra yenidən layihənin aktiv olma ehtimalı da var".
"Bolkart"ın bağlanması xəbərinə gəlincə, bank əməkdaşı belə cavab verdi: "Xeyr, "Bolkart" işləyir. Sadəcə kartdan zəif istifadə edən, borclarını vaxtı-vaxtında verməyən müştərilərin kartları dondurulur. Nümunəvi müştərilərimiz "Bolkart"dan istifadə edə biləcəklər".
  • Yazılıb
  • da (də) 2016 Feb 03
  • Göndərən مدير سايت Aran News