yepiskop Andrey Monsinior: "İran KİV-lərin təqdim etdiyi ölkə deyil, lakin buna baxmayaraq İrana səfər etdikdən sonra gördüklərim məni çox təsirləndirdi."
Arannews- Ayətullah Xameneinin Avropa və Amerika gənclərinə ünvanladığı məktubunu oxumuşam, elə buna görə də hazırda İrandayam və istəyirəm dünyanın bütün məsihi möminlərinin diqqətini sülhsevər və xeyirxah bir ölkəyə yönəldim.
bu sözləri hazırda Tehranda səfərdə olan Vatikanın ziyarət və turizm təşkilatının sədri yepiskop Andrey Monsinior deyib.
A.Monsinior bildirib ki, “Vatikan və İran bu qənaətə gəlib ki, dünyada dinlər arasındakı əlaqələrin inkişafı, sülh və sabitlik turistlər tərəfindən daha geniş yayıla bilər.
İrana səfər edəcək məsihi möminləri “Sülh şahidləri” adlandıran yepiskop Andrey ata bildirib ki, bizim ziyarətçilər , o möminlərdir ki, günlərinin böyük hissəsini dua və ibadətlə keçirirlər. “Onlar səfərdə sülh şahidləridirlər. Mən düşünürəm ki, dünya güclərinin təfəkkürü və ağlının aciz qaldığı yerdə, sülhü ziyarətçilərin ayaqları və qəlbləri inkişaf etdirə bilər.”
O əlavə edib ki, dünya katoliklərinin xüsusilə İtaliya və Vatikandan İrana ziyarət və səyahət turlarının təşkilini planlaşdırırıq. “Düzdür öncədən İranla bağlı çoxlu mütəaliələrim olub və bilirdim ki, İran KİV-lərin təqdim etdiyi ölkə deyil, lakin buna baxmayaraq İrana səfər etdikdən sonra gördüklərim məni çox təsirləndirdi. Düşünmürdüm ki, İran bu qədər açıq , azad və dünya ilə əməkdaşlığa və danışığa gedən bir ölkə olsun. İnsanları görürəm, onlarda dünya ilə münasibətlər qurmaqda maraqlıdırlar. Əhali başa düşür ki, turizm ölkənin iqtisadiyyatına böyük kömək edir. Bunlar İran xalqının düşüncəsinin yüksək olduğunun göstəricisidir”.