Tarix : 2016 Feb 04
Kod 47794

İŞİD bəşəiyyət əleyhinə cinayətlərini davam edir

Mosul şəhərinin xəstəxanalarında İŞİD-in göstərişi əsasında 4200 dollara böyrək alışı həyata keçirilir.
Arannews- İŞİD terror qruplaşması bəşəiyyət əleyhinə cinayətlərinin davamında işğal altında saxladığı ərazilərdə "böyrək" ticarətinə başlayıb.
Mosul şəhərinin xəstəxanalarında İŞİD-in göstərişi əsasında 4200 dollara böyrək alışı həyata keçirilir. Sonra bu böyrəkləri müştərilərə 3 dəfə baha qiymətə satırlar.
Mosul əhalisi pula olan ehtiyac üzündən öz böyrəklərini satmağa məcbur olublar və indiyə kimi sadəcə Mosulun mərkəzi xəstəxanasında 126 böyrək satışı əməliyyatı qeydə alınıb.
Bu məlumata görə, İŞİD terror qruplaşması əhalinin iqtisadi vəziyyətinin acınacaqlı olmasından sui-isitfadə edərək, onların böyrəklərini ucuz qiymətə alaraq, böyrəyə ehtiyacı olan adamlara 3 dəfə baha qiymətə satır. Və bu yolla gəlir əldə edir.


  • Yazılıb
  • da (də) 2016 Feb 04
  • Göndərən مدير سايت Aran News