Tarix : 2016 Feb 04
Kod 47798

Gürcüstanda nəhəng qaz yatağı tapildı

ABŞ-ın Frontera Resources şirkəti Gürcüstanda 5,3 trilyon kubmetrlik qaz yatağı aşkarladığını bəyan edib. Bu da “Qazprom”un ehtiyatlarının 15%-i qədərdir.
AranNews- 2015-ci ildə şirkət Gürcüstanın qaz ehtiyatlarının 3,8 trln ton ola biləcəyini açıqlamışdı. Şirkətin prezidenti Stiv Nikandros yaxın 5 il ərzində bu ölkədən Türkiyə və Avropa ölkələrinə qaz ixracına başlayacaqlarını deyib. Nəhəng qaz yatağı Cənubi Kaxetiya bölgəsində yerləşir.
“Gürcüstan tarixində yeni səhifə açıb və xarici bazarda müstəqil enerji siyasətini gerçəkləşdirmək üçün əla şans qazanıb” – deyə Frontera Resources şirkəti açıqlamasında deyib.
Gürcüstan qaz ehtiyaclarını Azərbaycanın hesabına ödəyir. Eyni zamanda Rusiyanın Qazprom şirkətinin Ermənistana ötürdüyü qazın 10%-i də tranzit haqqı olaraq bu ölkədə qalır.
  • Yazılıb
  • da (də) 2016 Feb 04
  • Göndərən مدير سايت Aran News