Tarix : 2016 Feb 04
Kod 47799

Azərbaycanda 3 dövlət qurumu ləğv edildi

İlham Əliyev, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
AranNews- Fərmanda Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib. Onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib.
Bundan başqa Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılıb:

İşçi qrupunun rəhbəri
Rüfət Aslanlı – Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri

İşçi qrupunun üzvləri
Asim Məmmədov – “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri
Cəlal Qasımov – “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri
Faiq Hüseynov – “Unibank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri
Rövşən Cavadov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya departamentinin direktoru
Zəka Mirzəyev – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri
  • Yazılıb
  • da (də) 2016 Feb 04
  • Göndərən مدير سايت Aran News