Prezidentin səfərində əsas məqsəd Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirak etmək olsa da, səfər çərçivəsində bir sıra hökumət və dövlət başçıları ilə ikitərəfli görüşlər keçiriləcəyi də istisna edilmir.
AranNews- dövlət başçısı BMT-nin baş katibi Pan Gi Mun, Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron, Almaniya kansleri Angela Merkel, Norveç Krallığının baş naziri Erna Solberq və Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirak edəcək.
Prezidentin səfərində əsas məqsəd Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirak etmək olsa da, səfər çərçivəsində bir sıra hökumət və dövlət başçıları ilə ikitərəfli görüşlər keçiriləcəyi də istisna edilmir.
Qeyd etmək lazimdir ki, Bu konfransda qərb dövlətləri Azərbaycanın mövqeyini öyrənməyə çalışacaqlar. Azərbaycan Rusiya ilə tərəfdaş dövlətdir. Azərbaycanın qərb dövlətləri ilə də sıx münasibətləri var. Ərazimiz qərblə şərq arasında tranzit keçid rolunu oynayır. Azərbaycan qərb üçün enerji mənbəyidir. Bu baxımdan Azərbaycanın mövqeyi qərb üçün çox vacibdir. Londonda Rusiyaya yəqin ki, müəyyən eyhamlar olacaq. Çox güman ki, bu eyhamlar konfransda iştirak edən dövlətlərin adından səslənəcək”.