Bakı nefti Əliyevlərin qurbanı oldu»-deyən jurnalist həm də iqtisadi böhran palitrasına mövqe bildirib.
AranNews- «İndi Azərbaycan müstəqil idi. Bu sərvətlə böyük sıçrayışlara imza ata bilərdi. Lakin Azərbaycan işğalçının da vura bilmədiyi zərbəni aldı!»- deyə tanınmış jurnalist Şahvələd Çobanoğlu «Azadlıq» qəzetində dərc edilən məqaləsində vaxtilə ölkəyə axan milyardların mənasız yerə xərclənməsinə toxunur:
«Hər şey bir sülalə hakimiyyətinin tamahına qurban getdi. Bakı nefti Əliyevlərin qurbanı oldu»-deyən jurnalist həm də iqtisadi böhran palitrasına mövqe bildirir.
Müəllif iqtidarı bu sərvəti «milli və mənəvi inkişaf kapital»a döndərməməkdə qınayır: «XX əsrin əvvəlində olduğu kimi XXI əsrin əvvəlində də neftdən gələn milyardlar mənəvi və milli inkişaf kapitalına çevrilmədi» - deyə Bakı neftinin ölkəyə gətirdiyi milyardların talan olunduğunu qeyd edir: «Ən maraqlısı odur ki, XXI əsrin əvvəlində də eyni film təkrar olundu. Ay nə bilim, əsrin müqaviləsi, böyük ümidlər, böyük pullar, böyük layihələr. Sanki bir film idi, bircə aya ötüb keçdi. «Bağ belə, bostan belə» deyənlər sonunda xalqa ucuz un təklif etdilər ki, neft səltənətinin sakinləri ac qalmasın».