Kitabın müəllifləri İran kimlik və mədəniyyət komponentləri əsasında İranın cəzb və nüfuz gücü prinsiplərininin tanınmasını “yumşaq güc” adı ilə tədqiqin nəzər çərçivəsi üçün seçiblər.
AranNews- “İranın Orta Asiya və Qafqazda yumşaq gücü” kitabı Cəfər Haqpənah, Simin Şirazi Muquyi və Şiva Əlizadənin qələmi ilə yazılmışıdır.
Kitab “Əbrari-müasirin” müəssisəsi tərəfindən 2014-cü ildə Tehranda çap edilmişdir.
Avrasiya da adlandırılan Orta Asiya və Qafqaz regionu İran mədəniyyət və sivilizasiyasının fasiləsiz mərkəzləri sayılır. Bu ərazinin əhalisinin din və məzhəb, dil, ədəbiyyat, musiqi, incəsənət, memarlıq, ümumi mədəniyyət, yaşayış tərzi İran mədəniyyət və sivilizasiyası ilə elə bağlıdır ki, hətta çar Rusiyası dövründə və sonralar kommunistlərin hakimiyyəti dövründə İran ərazisindən siyasi ayrılığına,70 illik anti-İran təbliğinə, mədəniyyətə ağır zərbələrinə baxmayaraq, bu mədəniyyəti onların əlindən almaq mümkün olmayıb və İran mədəniyyətini unutdura bilməyib. Əksinə, Sovetlər Birliyi imperiyasının parçalanmasından sonra bu bağlılıqların yenidən canlanması üçün tarixi bir şərait yarandı.
İranın bu fürsətdən istifadə edərək Orta Asiya və Qafqazda əməl və mövqeinin araşdırılması sözügedən kitabın digər bir xüsusiyyətindəndir.
İranın yaxın və uzaq kiçik dövlətlərlə, xüsusilə də Orta Asiya və Qafqaz ölkələri ilə kimlik bağlılığı və nüfuzunu müxtəlif aspektlərdən araşdırmaq və təhlil etmək mümkündür. Əlbəttə belə tədqiqatlarda teorik surətlər, konsepsiyaya, metodika, mötəbər sənədlər əsasında, habelə gündəlik məsələlərə cavab verən tərzdə olmalıdır ki, tədqiqatçını səthi və dayaz nəticələrdən qoruya bilsin.
Kitabın müəllifləri İran kimlik və mədəniyyət komponentləri əsasında İranın cəzb və nüfuz gücü prinsiplərininin tanınmasını “yumşaq güc” adı ilə tədqiqin nəzər çərçivəsi üçün seçiblər. İranlı yanaşmada yumşaq gücü “ilhambəxşlik” qabiliyyət qarşısında qərar vermək olar və buna “İran İslam Respublikasının prespektivləri-1404”ün sənədində işarə olunmuşdur. Bu əsasla neçə meyar yaratmaq, yumşaq qüdrət, iranlı idrakı, yerli bilik və elmlə tədqiqi təqdim etməyə cəhd göstərilmişdir.
Kitabın önəmli özəlliyindən biri də patoloji yanaşma, zərərlərin araşdırılmasıdır.
Müəlliflərin araşdırmalarınsa əsasən, İran mədəniyyəti Orta Asiya və Qafqazda rəqibsiz olmayıb və ötən 25 il müddətində bir sıra bir sıra əsaslı maneə və problemlərlə üzləşib.
Rəqib kimlik dialoqları bu məntəqədə saysızdır və çoxsaylı müxatəbi vardır, həmçinin əhali arasında nüfuz qazanmaq üçün çoxlu yumşaq və bərk proqramlar, potensiallar vardır. Bu dialoqlarla paralel, hətta ondan da təsirli olan paradokslara işarə etmək olar. Bu paradoksların gerçəkləşməsi İranın ilhambəxşliyini əngəlləyir. Halbuki, siyasi islam, şiə islamı və yaxud fars dili yeni müstəqillik qazanmış ölkələrdə müxatəb qanadları arasında İranın yumşaq gücünün mənbələri hesab olunur. Eyni halda digər respublikalarda da onlara qarşı müqavimət və qarşılaşma yaranmışdır. Rəqib məktəb və dövlətlər də bundan İranın ilhambəxş mənbəsinin zəiflənməsi və öz yumşaq güclərinin möhkəmləndirmək üçün faydalanırlar. Bu əsasla və bu müəmmalı, paradoks, mürəkkəb vəziyyətə göz yummaqla və mövcud kimlik dialoqlarının araşdırılmasından sonra, ölkəmizin ilhambəxş və yumşaq gücünün gerçəkləşməsi üçün konsepsiya yaratmaq məqamında kitabın davamında “mədəniyyət İranı” anlayışına təkid olunur.
Əlbəttə, bu anlayışa və “mədəniyyət İranı” məfhumu əsasında model yaratmaq üçün geniş araşdırmalara, analizlərə ehtiyac vardır. Bunun üçün daha yüksək səviyyəli sənədlər lazım olduğundan və bunun hələ əldə olunmaması üzündən, habelə daha geniş və obyektiv məlumatlar əldə olmadığından, zaman məhdud olması səbəbindən hazırkı tədqiqi məsələnin layihələşməsində və konsepsiyasında müqəddimə hesab etmək olar.