Azərbaycan üzv olduğu insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının icrası qaydalarını dəyişdirir.
AranNews- Milli Məclisin yaz sessiyasında bununla bağlı yeni qanunun qəbul edilməsi nəzərdə tutulub. Yeni qanun Konstitusiya qanunu statusunda olacaq.
Parlamentin yaz sessiyasının qanunvericilik işləri planına "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında" Konstitusiya qanunu layihəsinin müzakirəsi və qəbulu məsələsi daxil edilib.
Qanun layihəsini Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi hazırlayacaq, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunacaq və daha sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə bir neçə dövlətlərarası orqanın üzvdür. Bunlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa Şurası, BMT və başqa qurumlardır.