Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədi ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili üzərində işləyir
Azerbaijan Servisi/Aran Agentliyi
Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədi ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili üzərində işləyir». Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında parlament dinləmələri zamanı çıxış edərkən bildirib.
O qeyd edib ki, Rusiyada Dağlıq Qarabağ ətrafında yaranan vəziyyətlə bağlı narahatlıq var: «Biz vəziyyətin nizamlanması üzrə Minsk qrupunun digər iştirakçıları ilə də işləyirik. Hazırda Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün təşkiledilmə imkanları müzakirə olunur. Biz əminik ki, həm Azərbaycan, həm də Ermənistan üçün qəbul edilə bilən həll tapmaq mümkündür