Tarix : 2016 Feb 06
Kod 47812

Rusiya Prezidenti Ərdoğanla görüşdən imtina etdi

“Rusiya və Türkiyə liderləri arasında hər hansı bir danışıq olmayıb. Gələcəkdə də belə bir görüşün keçirilməsi gözlənilmir”.
Arannews- Kreml sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşməyəcəyini açıqlayıb.
 Peskov belə bir görüşün gələcəkdə planlaşdırılmadığını bildirib:
 “Rusiya və Türkiyə liderləri arasında hər hansı bir danışıq olmayıb. Gələcəkdə də belə bir görüşün keçirilməsi gözlənilmir”.
Xatırladaq ki, Türkiyə Prezidenti Ərdoğan Rusiyanın Su-34 bombardmançısının Türkiyə sərhədini yanvarın 29-da pozmasından sonra Putinlə bu barədə görüşüb, müzakirə aparmaq istədiyini bildirmişdi.


  • Yazılıb
  • da (də) 2016 Feb 06
  • Göndərən مدير سايت Aran News