Tarix : 2016 Feb 06
Kod 47814

Ali-Səud İŞİD-in yaranması və güclənməsində məsuliyyət daşıyır

İŞİD kimi terrorçu qrupların ideologiyası Ərəbistan vəhhabilərinin təfəkküründən mənşə alır və Ali-Səud İŞİD-in yaranması və güclənməsində məsuliyyət daşıyır.
Arannews- Çexiya Respublikasının Hərbi Müdafiə Universitetinin Təhlükəsizlik və Strateji Araşdırmalar mərkəzinin direktoru general Françik Miçanik deyib: İŞİD kimi terrorçu qrupların ideologiyası Ərəbistan vəhhabilərinin təfəkküründən mənşə alır və Ali-Səud İŞİD-in yaranması və güclənməsində məsuliyyət daşıyır.
Miçanik həmçinin Ərəbistan və Türkiyənin İraq və Suriyada terror qruplaşmalarına açıq-aşkar şəkildə yardımlar etdiyinə toxunaraq Ankara və Ər-Riyadın başçılığı ilə ərəb ölkələrinin terrorizmə qarşı koalisiyasını sualdoğuran koalisiya adlandırıb.
Bir çox ölkənin siyasi, dini şəxsiyyətləri və rəsmiləri Ərəbistanı İraq, Suriya, Livan, Əfqanıstan, Pakistan, Nigeriya və Liviyada terror qruplaşmalarının siyasi, maliyyə və silah üzrə ən böyük hamisi adlandırırlar.

  • Yazılıb
  • da (də) 2016 Feb 06
  • Göndərən مدير سايت Aran News