Tarix : 2016 Feb 06
Kod 47815

Bəhreyn xalqı Ali-Xəlifə rejiminə qarşı aksiya keçirib

Bəhreyn xalqı 2011-ci ilin 14 fevralından bəri Ali-Xəlifə rejiminin siyasətlərinə etiraz edərək, bu ölkədə azadlıq, ədalət, ayrı-seçkiliyin aradan götürülməsini istəyir.
Arannews- Bəhreyn xalqı 14 fevral inqilabı ərəfəsində Ali-Xəlifə rejiminə qarşı aksiya keçirib.
Ali şəhərində keçirilən bu aksiyanın iştirakçıları əllərində üzərlərində "Bəhreynli inqilabçıların qatilləri!" şüarı yazılmış plakatlar olub.
Bəhreyn xalqı bu aksiyada 14 fevral Bəhreyn inqilabının beşinci ildönümünü keçirməyə hazır olduğunu vurğulayıb.
Həmçinin onlarla bəhreynli müxtəlif şəhərlərdə, o sıradan Kan və Buri şəhərlərində aksiya keçirərək, hüquqi itaətsizlik aksiyasında iştiraka öz hazırlığını bildirib.
Bəhreyndə inqiabçı qruplar bu ölkənin xalq inqilabının ildönümü gününü qeyd etmək məqsədilə hüquqi itaətsizlik aksiyasında iştirak barədə çağırış veriblər.
Bəhreyn xalqı 2011-ci ilin 14 fevralından bəri Ali-Xəlifə rejiminin siyasətlərinə etiraz edərək, bu ölkədə azadlıq, ədalət, ayrı-seçkiliyin aradan götürülməsini istəyir.


  • Yazılıb
  • da (də) 2016 Feb 06
  • Göndərən مدير سايت Aran News