İran və Naxçıvan arasında səhiyyə sahəsindəki əməkdaşlıq inkişaf etdirilir.
AranNews- Təbriz Tibb universitetinin müəllim heyətinin Naxçıvana səfəri çərçivəsində, universitetlə Naxçıvan MR Səhiyyə nazirliyi və elm mərkəzləri arasında səhiyyə və müalicəyə dair əməkdaşlıq müzakirə olunaraq fikir mübadiləsi aparılıb.7 nəfərlik universitet heyəti səhiyyənin müxtəlif o cümlədən beyin və əsəb cərrahiyəsi, ağ ciyər xəstəlikləri, döş qəfəsəsi cərrahiyəsi, həzm sistemləri və LOR sahələrində universitetin qrup rəhbərlərindən olmaqla 04.02.2016-cı ildə Naxçıvana səfər etmiş, Naxçıvan MR Səhiyyə naziri ilə görüşmüş, müxtəlif səhiyyə obyektləri ilə tanış olmuş, iki tərəfli səhiyyə əməkdaşlığının inkişafına dair müzakirə və fikir mübadiləsi aparıblar.Tibb univesitetinin həkim heyəti Naxçıvan MR xəstəxana və tibb mərkəzlərinin həkim və mütəxəssislərinində iştirak etdiyi iclasda iştirak edərək, Təbriz tibb universitetinin imkan və potensialları barədə məlumat vermiş, Naxçıvan səhiyyəsinin ehtiyacları ilə tanış olmuş,əməkdaşlıq yolları barədə müzakirə ediblər.İranlı heyət daha sonra İran İslam Respublikasının naxçıvandakı Baş Konsulluğuna gələrək keçirdikləri görüşlər və tanışlıqları barədə Baş Konsul Mansour AİROMla müzakirə apardılar. Görüş zamanı Baş Konsul mövcud əməkdaşlıq imkanları barədə məlumat verərək müzakirələrin nəticəli olması üçün təkid edib.Müştərək elmi seminarların təşkili, həkimlər arasında təcrübə və məlumat mübadiləsinin aparılması, naxçıvanlı həkimlərin təcrübə artırması məqsədi ilə Təbrizə göndərilməsi, qısa və uzun müddətli kurslarda iştirak və iranlı mütəxəssilərdən ibarək qrupların naxçıvana göndərilməsi məsələləri səfər çərçivəsində razılaşdırılan mövzular olub.