Müharibələr, ixtilaflar, əxlaqsızlıqlar, iqtisadi problemlər və siyasi çəkişmələr bu günkü dünyanın ən öndə gedən problemlərindəndir. Və səmavi dinlər əməkdaşlıq yolu ilə bu problemlərin öhdəsindən gələ bilərlər.
Arannews- Təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi Qum Dini Elmlər Hövzəsi ilə Vatikan arasında əlaqələrin davam etdirilməsini vurğulayıb və deyib: "Səmavi dinlər ifratçı və təkfirçi qruplaşmalar ilə mübarizədə bir-birilərinin əlini tutmalıdırlar".
Ayətullah Nasir Məkarim Şirazi şənbə günü Sülh və Ədalət üzrə Papalıq Şurasının sədri Kardinal Piter Turkson ilə Qum şəhərində baş tutan görüşü zaman Qum Dini Elmlər Hövzəsi ilə Vatikan arasında əlaqələrin möhkəmləndirilməsindən razılıq edib və eyib: Ümidvaram bu görüşlər bəşəriyyətin üzləşdiyi problemlərin həlli istiqamətində faydalı olsun.
Ayətullah Məkarim Şirazi daha sonra deyib: Müharibələr, ixtilaflar, əxlaqsızlıqlar, iqtisadi problemlər və siyasi çəkişmələr bu günkü dünyanın ən öndə gedən problemlərindəndir. Və səmavi dinlər əməkdaşlıq yolu ilə bu problemlərin öhdəsindən gələ bilərlər. Ayətullah Məkarim Şirazi cənab Kardinal Turanın bir neçə il öncə Qum şəhərinə olan səfərini yada salaraq, deyib: Bizim Vatikan ilə əlaqələrimiz yeni hadisə sayılmır və ümidvaram gediş-gəlişlərin artması ilə Qum Dini Elmləri Hövzəsi ilə Vatikan arasında yaxınlaşmanın şahidi olaq.
Ayətullah Məkarim Şirazi görüşün davamında deyib: Biz Vatikanın Sülh və Ədalət məsələsinə diqqət göstərməsindən və bu adda nazirlik təsis etməsindən çox şadıq.
Kardinal Turkson da bu görüşdə bəşəriyyətin bu gün qanlı toqquşmalar və müharibələrin şahidi olduğunu deyərək, dinlər arası dialoq və anlaşma yolu ilə dünyanın hazırkı quruluşunu ilahi quruluşa yaxınlaşdırmağın mümkün olduğunu bildirib.