Tarix : 2016 Feb 07
Kod 47825

İŞİD-in sözçüsü məhv edilib

İŞİD-in Səlahəddin vilayətindəki sözçüsü Əbu Qətibə İraqi və onunla olan daha bir nəfər şənbə günü bu vilayətin şimalında gedən döyüşlərdə həlak olub.
Arannews- İraqın könüllü xalq qüvvələrinin komandanlarından olan Cabbar Məmuri deyib: İŞİD-in Səlahəddin vilayətindəki sözçüsü Əbu Qətibə İraqi və onunla olan daha bir nəfər şənbə günü bu vilayətin şimalında gedən döyüşlərdə həlak olub.
Məmuri həmçinin deyib: Bu İŞİD terrorçusu Səlahəddin vilayətinin şiamlında Əlas neft yatağının yaxınlığında gedən döyüşlərdə həlak olub. O həmçinin bildirib: İraqi Mosul sakinlərindən olub və İŞİD-in tanınmış mətbuat katiblərindən idi. İraqi İŞİD üçün bir çox təbliğat xarakterli filmlərin və kliplərin hazırlanmasında rola malik olub. Xüsusi ilə də Bici neftayırma zavodu uğrunda gedən döyüşlərlə bağlı filmlər hazırlamışdı.
Ötən günlər ərzində İŞİD-in onlarla komandanı İraq ordusu və xalq qüvvələri ilə döyüşlərdə öldürülüb.
Digər tərəfdən İraq mənbələri bildiriblər ki, Ərbilin cənubunda yerləşən Məxmur məntəqəsində İraqın müdafiə naziri ordu komandanları ilə görüşüb, könüllü xalq qüvvələrinin Mosulun azad edilməsi əməliyyatındakı iştirakı barədə onlarla danışıqlar aparıb.
Bu ötən iki həftə ərzində könüllü xalq qüvvələrinə ağır hücumların edilməsi və bəzi siyasi cərəyanların həmçinin, regional oyunçuların Mosulun azad edilməsi əməliyyatında xalq qüvvələrinin iştirakı ilə müxalifət etmələrinin ardınca bu ilk dəfədir ki, İraqın müdafiə naziri səviyyəsində könüllü xalq qüvvələrinin Mosulun azad edilməsi əməliyyatında iştirakı ilə bağlı məsələ araşdırılır.
İraqın müdafiə naziri Xalid əl-Əbidi şənbə günü Ərbilə səfər edib və daha sonra Ərbilin cənubunda yerləşən əməliyyat otağında olaraq, bağlı qapılar arxasında təşkil edilmiş iclasda Mosul şəhərinin azad edilməsi əməliyyatı ilə bağlı son durumu dəyərləndirib.


  • Yazılıb
  • da (də) 2016 Feb 07
  • Göndərən مدير سايت Aran News