Tarix : 2016 Feb 08
Kod 47829

İŞİD İraqda soyqırımı törədir

Fəllucə sakinləri aclıqla üzləşiblər və İŞİD terror qruplaşması bu şəhərdə soyqırım ardıncadır.
Arannews- İŞİD terror qruplaşması İraqın Fəllucə şəhərində soyqırım törədir.
İraq parlamentinin deputatı Fali əl-İsavi deyib: Fəllucə sakinləri aclıqla üzləşiblər və İŞİD terror qruplaşması bu şəhərdə soyqırım ardıncadır.
Fali əl-İsavi əlavə edib: İŞİD ərzaq maddələri və dərman preparatlarının Fəllucəyə daxil olmasına icazə vermir və iraqlı ailələrin bu şəhərdən çıxmasına da mane olur.
Əl-İsavi bildirib: Fəllucə şəhəri sakinləri ərzaq və dərman çatışmazlığı ilə üzləşiblər.
Bu məlumata görə, hazırda Fəllucədə 40 mindən çox iraqlı acınacaqlı vəziyyətdədir.
İŞİD terror qruplaşması Iraq ordusu və xalq qüvvələrinin son nailiyyətlərinin ardınca, işğal etdiyi şəhər və bölgələrdə vətəndaşları girov götürməyə başlayıb.

  • Yazılıb
  • da (də) 2016 Feb 08
  • Göndərən مدير سايت Aran News