Arannews- Suriya böhranının həllində maneələrin yaradılması çərçivəsində, Səudiyyə Ərəbistanı və İordaniyadan sonra, Birləşmiş Ərəb Əmirlikləri də Suriyaya quru qoşun ezam etməyə hazır olduğunu bildirib.BƏƏ-nin xarici işlər məsələləri üzrə müşavir naziri Ənvər Qərqaş bazar günü bildirib: BƏƏ Suriyaya quru qoşun ezam etməyə hazırdır.
İordaniya hökuməti də bir bəyanatda Suriyaya qüvvə göndərmək üçün hazır olduğunu bildirib.
Səudiyyə Ərəbistanı da bir neçə gün öncə bildirib ki, 150 min hərbçisini Suriyaya ezam etməyə hazırdır.
Suriya xarici işlər naziri Vəlid əl-Müəllim şənbə günü Ərəbistanın Suriyaya istənilən quru təcavüzü barəsində xəbərdarlıq edib və deyib: Ər-Riyad Suriyada quru müdaxilə etdiyi halda hərbçilərinin ağır məğlubiyyətini gözləməlidir.