Tarix : 2016 Feb 08
Kod 47831

Sionist hərbçiləri daha bir fələstinlini şəhid ediblər

1948-ci ildə işğal olunmuş ərazilərdə müqavimət əməliyyatı zamanı bir fələstinli gənc şəhid olub.
Arannews- fələstinlilərin müqavimət əməliyyatında bir fələstinli Aşkelonda sionist hərbçini yaralayıb və hadisə yerindən uzaqlaşıb. Lakin sionist hərbçilər onu müəyyənləşdirib və şəhid ediblər.
Başqa bir məlumata görə, bir sionist hərbçi 1948-ci ildə işğal olunmuş ərazilərdə Ben-Qoryon məntəqəsində fələstinli gənc tərəfindən yaralanıb.
Bu məlumata görə, fələstinli gənc əməliyyatı icra etdikdən sonra hadisə yerindən uzaqlaşıb. Və sionist hərbçilər onu tapmaq üçün Ben-Qoryonu tam şəkildə mühasirəyə alıblar.
Sionist hərbçilər 2015-ci il oktyabrın əvvəlində Qüds İntifazəsinin başlanmasından indiyə qədər təxminən 180 fələstinlini şəhid edib, çoxlu sayda fələstinlini yaralayıb və həbs ediblər.


  • Yazılıb
  • da (də) 2016 Feb 08
  • Göndərən مدير سايت Aran News