Gürcüstanın Ermənistanı NATO-ya yaxınlaşdırmağ cəhdi, eyni zamanda bu ölkə ilə sərhədlərinin qorunmasını gücləndirməsi Qərb və Rusiyanın Cənubi Qafqazdakı münasibətlərinin getdikcə gərginləşdiyindən xəbər verir.
AranNews- Gürcüstanın Ermənistanı NATO-ya yaxınlaşdırmağ cəhdi, eyni zamanda bu ölkə ilə sərhədlərinin qorunmasını gücləndirməsi Qərb və Rusiyanın Cənubi Qafqazdakı münasibətlərinin getdikcə gərginləşdiyindən xəbər verir.
Bunu açıqlamasında təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov deyib.
Onun sözlərinə görə, Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelinin bu yaxınlarda Ermənistana rəsmi səfəri zamanı "Gürcüstan ərazisindəki hərbi məktəblərin qapıları erməni zabit və əsgərlərinin hazırlanması üçün açıqdır" bəyanatını verdi.
Söhbət isə ötən il Gürcüstanda açılan NATO təlim-tədris mərkəzindən gedirdi.Ekspertin fikrincə, gürcü nazir bu deyimlə, erməni ordusunun nümayəndələrini o məktəbə cəlb etməklə, demək olar ki, Ermənistana bir mesaj göndərdi: "Bu bir mesaj idi ki, Ermənistan öz ordusunu NATO məktəbində, NATO standartına uyğun da hazırlaya bilər. Bu isə o deməkdir ki, gürcü nazirin sözləri Ermənistan üçün bir mesaj idi ki, güclü ordu istəyirsənsə, NATO ilə yaxınlıq elə. Əlbəttə ki, bu, təkcə Gürcüstanın müdafiə nazirinin fikri deyildi, bu, həm də onu dəstəkləyən NATO-nun da mesajı kimi qəbul edilməlidir".
E.Ələsgərovun sözlərinə görə, təxminən eyni ərəfədə ABŞ-ın Gürcüstana Ermənistanla sərhədin qorunması üçün 10 milyon dollar vəsait ayrılması barədə qərar verməsi də təsadüfi deyil. Bu, artıq iki qarşı duran blok arasında ziddiyyətlərin gərginləşdiyinin göstəricisidir". Bu qərara əsasən, sərhəddə Gürcüstan ərazisində texniki vasitələr yerləşdiriləcək və gürcülər Ermənistanla sərhədə güclü nəzarət edəcəklər. Bu da onu göstərir ki, regionda bəzi maraqlı hadisələr cərəyan edir.
İki dövlət - NATO-ya arxayın olan Qərb və ABŞ-ın maliyyə yardımları ayırdığı Gürcüstan və KTMT blokunun üzvü olan, Rusiyanın "for-post"una çevrilmiş və bu yaxınlarda Rusiya ilə hava məkanının birgə qorunmasına dair qərara imza atan Ermənistan üz-üzə gəlir. Əgər bu qruplardan heç birinə daxil olmayan, Qərb və Rusiya ilə münasibətləri ümumi çərçivədə quran Azərbaycanı neytral hesab etsək, görərik ki, artıq Cənubi Qafqazdakı bu iki dövlət bir-birinə zidd iki hərbi qüvvələrə arxalanır. Bu da onu göstərir ki, indiki vəziyyətdə iki blok arasındakı ziddiyyətlər daha da gərginləşir".