Tarix : 2016 Feb 08
Kod 47834

Türkiyədə qadinlar zorakiliqa məruz qalirlar

Türkiyənin Ailə və Sosial Məsələlər Nazirliyi bir statistika yayaraq, bildirib ki, Türkiyə qadınlarının 38%-i fiziki zorakılığa və cinsi əzaba məruz qalır.
Arannews- Türkiyədə çıxan Today Zaman qəzetinin məlumatına görə, bu ölkənin Ailə və Sosial Məsələlər Nazirliyi bir statistika yayaraq, bildirib ki, Türkiyə qadınlarının 38%-i fiziki zorakılığa və cinsi əzaba məruz qalır.
Bu məlumata görə, Türkiyə qadınlarının 25%-i də iqtisadi sui-istifadə qurbanı olur və həyat yoldaşları onlara evdən kənarda işləmək icazəsi vermirlər.
Bu məlumatda habelə ev zorakılığı miqdarı və izdivac yaşı arasındakı əlaqə araşdırılaraq, bildirilibdir ki, Türkiyə qadınlarının 26%-i 18 yaşından öncə evlənir və onların 48 faizi ev zorakılığına məruz qalır.
Bu məlumatın sonunda deyilir ki, ev zorakılıqlarının qurbanı olan qadınların təkcə on bir faizi kömək diləmək üçün əlaqədar müəssisələrə müraciət edir.
Bu statistika 2014 və 2015-ci illərdəki zorakılıq hallarına əsasən və on beş min qadından canlı müsahibənin alınmasından sonra tənzim edilibdir.


  • Yazılıb
  • da (də) 2016 Feb 08
  • Göndərən مدير سايت Aran News