Vahid Əhmədov: maliyyə durumnan az itki ilə yeganə çıxış yolu, məmur oliqarxların xaricdə yerləşdirdikləri vəsaitlərin ölkəyə qaytarılmasıdır.
AranNews- "Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Vahid Əhmədov Dövlətin, Millətin taleyinə biganə olmadığını göstərdi.
V.Əhmədov məmur oliqarxlara “Pullarınızı xaricdə saxlamayın! Əgər siz Azərbaycanın müstəqilliyini istəyirsinizsə, həmin vəsaitləri gətirin Azərbaycana” deyə müraciət edib.
Hakimiyyət rəsmiləri etiraf etməsə də bu günlərdə xarici maliyyə təşkilatları ilə aparılan danışıqlar, Azərbaycan Respublikası Prezidentinin ərəb ölkələrinə ardıcıl səfərləri maliyyə durumun ağır olduğunu göstərir. Vəziyyətdən az itki ilə yeganə çıxış yolu məmur oliqarxların xaricdə yerləşdirdikləri vəsaitlərin ölkəyə qaytarılmasıdır.
Bunun üçün təxirə salınmadan millət vəkilinin yuxarıdakı müraciəti və bank girovuna çevrilmiş əhalinin kasıb təbəqəsini xilas etmək üçün “10 min dollara qədər olan kreditlər köhnə məzənnə ilə ödənilsin” təklifi qanuniləşdirilməlidir".