Azərbaycanda saxta sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslər saxlanılıb.
AranNews- Azərbaycanda saxta sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli “Dubay-Bakı” aviareysi ilə ölkəmizə gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn və İrfan Məhəmməd pasportlarında saxta Türkiyə vizası və üzərilərində yapışdırılmamış saxta Avstraliya vizası aşkarlanaraq saxlanılıblar.
Həmin gün 334 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkəmizə gələn Nigeriya vətəndaşı Metobor Oke pasportunda Azərbaycana məxsus saxta elektron viza olduğu üçün saxlanılıb. Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər geri qaytarılıblar.