Tarix : 2016 Feb 08
Kod 47839

saxta sənədlərə sahib olan əcnəbilər saxlanılıb

Azərbaycanda saxta sənəd­lərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslər saxlanılıb.
AranNews- Azərbaycanda saxta sənəd­lərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli “Dubay-Bakı” avia­rey­si ilə ölkəmizə gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn və İrfan Məhəmməd pasportlarında saxta Türkiyə vizası və üzəri­lərində yapışdırılmamış saxta Avstraliya vizası aşkarlanaraq saxlanılıblar.

Həmin gün 334 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkəmizə gələn Nigeriya vətəndaşı Metobor Oke pasportunda Azərbaycana məxsus saxta elektron viza olduğu üçün saxlanılıb. Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər geri qayta­rıl­ıblar.

  • Yazılıb
  • da (də) 2016 Feb 08
  • Göndərən مدير سايت Aran News