Tarix : 2008 May 20
Kod 4784

AZƏRBAYCAN R. XALQININ SİONİZMƏ QARŞI BÖYÜK QƏLƏBƏSİ

Sionist Rejimin Bakıdakı səfirliyi bir bəyanatda heç bir açıqlama vermədən Bakıda bu üzdən iraq dostluq xiyabanı mərasiminin açılmasının ləğv edildiyini bildirib
Azerbaijan Servisi/Aran Agentliyi
  Az. R-nin müsəlman və mömin xalqının Bakıdakı Zərifə Əliyeva adına park üzdən iraq Sionist Rejim Az. R. dostluq xiyabanının açılması  mərasiminə qarşı geniş etirazından sonra bu proqram ikinci dəfə olaraq ləğv edilib .
  Di Az İnformasiya Agentliyinin verdiyi məlumata görə ,Sionist Rejimin Bakıdakı səfirliyi bir bəyanatda heç bir açıqlama vermədən Bakıda bu üzdən iraq dostluq xiyabanı mərasiminin açılmasının ləğv edildiyini bildirib .
  Açılış mərasimi bir dəfə mayın 8-də Şuşanın işğal edilməsinin ildönümündə Az. R. xalqının geniş etirazına görə təxirə salınmış bu üzdən iraq dostluq xiyabanı mayın 18-də Laçının işğal edilməsinin ildönümündə açılması qərara alınmışdı.
  Az. R-nin müsəlman xalqı qəsbkar Sionist Rejimin Fələstinin işğal olunmuş ərazisində törətdiyi cinayətlərinin qızışması ilə bir vaxtda bu cür üzdən iraq dostluq xiyabanının açılmasını Bakı rəsmilərinin İslam dünyası amallarına laqeyd yanaşması mənasında dəyərləndirdilər .
  Az. R-də siyasi və milli partiyalar da erməni qüvvələrinin tərəfindən Şuşa və Laçın şəhərlərinin işğal edilməsini bu üzdən iraq dostluq parkının xiyabanının açılışı gününə təyin  edilməsini Sionist Rejimin qəsbkar sifəti və bu qanunsuz rejimin Az. R. ərazisinin işğal edilməsindən şad olduğunun göstəricisi mənasında bilirlər .
  Qeyd edək ki , Sionist Rejim çox sadəlövhlüklə Az. R-ə sionizmin regional bazası kimi baxır .
  Ancaq Az. R. xalqının etdiyi son etirazları göstərdi ki , sionizmdən asılı amillərin hərəkətlərinə baxmayaraq Az. R. xalqı bu ölkənin sionizmin cövlangahına çevrilməsinə icazə verməyəcək . Çünki sionizm bütün dünya müsəlmanlarının düşməni sayılır .
  Az. R-də siyasi dairələrin bir çoxu bundan qabaq açıq-aşkar şəkildə xəbərdarlıq etmişdirlər ki , üzdən iraq Sionist Rejim Az. R. dostluq xiybanının açılışı bu ölkədə nifrət günü olacaq. 
  Siyasi müşahidəçilər bu üzdən iraq dostluq xiyabanının açılışı mərasiminin ləğv edilməsini Az. R. xalqının böyük qələbəsi kimi dəyərləndirirlər . Az. R. xalqı iki il bundan öncə geniş etiraz aksiyaları keçirməklə Bakıda dünya yəhudiləri qurultayının keçirilməsinə mane oldular .  
 
  • Yazılıb
  • da (də) 2008 May 20