Tarix : 2016 Feb 08
Kod 47840

suriya ordusu onlarla terrorçuni məhv edib

terrorçular suriyalı və müqavimət qüvvələrinin irəliləyişi ilə və ağır tələfat verərək qaçmağa məcbur olublar.
Arannews- Suriya ordusunun və müqavimət qruplarının irəliləyişlərinin davamında Əlzəhhar şəhərinin şimalındakı mühüm Kəffəyn qəsəbəsi azad edilib.
suriyalı və müqavimət qüvvələri Əlzəhhar qəsəbəsinin şimal ətrafındakı irəliləyişlərinin davamında Kəffəyn qəsəbəsini Cibhətunnusrə və Əhrarulşam terrorçularından təmizləyə biliblər.
Bu əməliyyatda onlarla terrorçu ölüb və yaralanıbdır.
Bu məlumata görə, terrorçular suriyalı və müqavimət qüvvələrinin irəliləyişi ilə və ağır tələfat verərək, Diyr Camal, Kəfər Naya və Təl-Rəfət daxil olmaqla şimal qəsəbələrə tərəf qaçmağa məcbur olublar.
Qeyd edək ki, Suriya ordusunun qüvvələri və müqavimət döyüşçüləri Laziqiyyə vilayətinin şimal ətrafında keçirilən əməliyyatın davamında da Ubin və Başurə strateji kəndlərinin nəzarətini ələ almağa müvəffəq olublar.

  • Yazılıb
  • da (də) 2016 Feb 08
  • Göndərən مدير سايت Aran News