Bəhreynin təhlükəsizlik qüvvələri son hərəkətdə 17 nəfəri ölkənin müxtəlif məntəqələrində həbs edib.
Arannews- Bəhreynin İnsan Haqları Təşkilatının üzvü Əhməd Səfar təhlükəsizlik qüvvələrinin son hərəkətdə 17 nəfəri ölkənin müxtəlif məntəqələrində həbs etməsindən xəbər verib. Bu şəxslər siysi fəaliyyətlərdə ittiham edilirlər.Saxlanılan şəxslər arasında gənclər və həttay, 12 yaşlı uşaq da var.
Bəhreyndə 14 fevral inqilabının ildönümü gününün yaxınlaşması ilə təhlükəsizlik tədbirləri və inqilabçılara qarşı repressiyalar gücləndirilib.
Bəhreyn 2011-ci ildən bəri Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Xalq ölkədə siyasi islahatların aparılmasını istəyir. Ali-Xəlifə rejimi isə xalqın tələblərini repressiya edir.