Tarix : 2016 Feb 09
Kod 47849

Dubay şahzadəsi, Azərbaycanda evi aldı, pulunu vermədi

Ərəb milyarder Qarasu kəndində uzun illər Rusiyada yaşayan Eldəniz və Vüqar Cavadov qardaşlarına məxsus iki evi 500 min manata satın alıb.
AranNews- Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun ov etmək üçün tez-tez Azərbaycana gəlməsi, onun Hacıqabul rayonunun Qarasu kəndində iki villa alması haqda xəbər vermişdik.
Yayılan xəbərlərə görə, ərəb milyarder Qarasu kəndində uzun illər Rusiyada yaşayan Eldəniz və Vüqar Cavadov qardaşlarına məxsus iki evi 500 min manata satın alıb. Ərəb şahzadə bu evə ara-sıra gəlir. Hazırda həmin mülkdə Rəşid əl-Məktumun dostları, qohumları yaşayır.
Hacıqabulun Qarasu kənd sakinlərinin verdiyi məlumata görə, ərəb şahzadə Cavadov qardaşlarından aldıqları villaların pulunu verməkdən imtina edib. Sakinlərin sözlərinə görə, evin sahiblərindən olan Eldəniz Cavadov artıq dünyasını dəyişib.
“Ərəblər bura gələndə həmin evdə kirayə qalırdılar. Onlar 30 min manat verərək 3 aylıq həmin evləri kirayə götürmüşdülər. Sonaradan ərəb şahzadə qardaşlara məxsus iki evi almaq istədiyini bildirdi. Ev sahibləri razılığa əsasən onlar 500 min manat ödəməli idilər. Tərəflər anlaşandan sonra həmin evlər ərəblərə satıldı, ərəblər evin pulunun müəyyən vaxtdan sonra veriləcəyinə dair söz verdilər. Amma söz verdikləri kimi evin pulunu vermədilər. Onlar Cavadov qardaşlarını aldatdılar”, - deyə sakinlər qeyd edib.
  • Yazılıb
  • da (də) 2016 Feb 09
  • Göndərən مدير سايت Aran News