Azərbaycanın işğal altında olan ərazilərində 13 tarixi və mədəni irs, ermənilər tərəfindən məhv edilir.
AranNews- Azərbaycan mediaları Ermənistanın işğalı altında olan əraizlərdə 13 tarixi və mədəni binanın dağıdılmasından xəbər veriblər.
Azərbaycan mediaları indiyə kimi tarixi baxımdan beynəlxalq dərəcəli əhəmiyyət kəsb edən 13 məkanın və 10 məscidin Ermənistanın işğalı altında olan ərazilərdə ermənilər tərəfindən dağıdılmasından xəbər veriblər. Həmçinin, Azərbaycanlılara məxsus 600 mədəniyyət abidəsinin ermənilər tərəfindən məhv edildiyi bildirilir.
Azərbaycan mediaları bundan öncə də işğal altında olan ərazilərdə məscidlər və tarixi abidələrin ermənilər tərəfindən dağıdılması barədə məlumatlar yaymış və bu mövzunu müxtəlif beynəlxalq dairələrdə gündəmə gətirmişlər.
Amma, qeyd etmək lazımdır ki, Azərbaycanın erməniləri tarixi və dini məkanları dağıtmaqda ittiham etməsinə baxmayaraq, ötən bir neçə ildə Azərbaycanın işğal altında olmayan ərazilərində də bir sıra tarixi və dini məkanlar ya dağıdılıb, ya da iqtisadi məkanlara çevrilib.
Azərbaycan rəsmiləri paytaxt Bakı şəhərində qədim tarixi abidələri ilə məşhur olan İçəri şəhərin qədim quruluşunu dəyişərək, bu tarixi binalara zərər və ziyanların dəyməsinə də səbəb olublar.
Buna baxmayaraq, Azərbaycanın işğal edilmiş ərazilərində tarixi və dini abidələrin ermənilər tərəfindən dağıdılmasına da laqeyd qalmaq doğru olmazdı.
Əslində, Ermənistanın Azərbaycan ərazisinin 20-ə yaxın hissəsini işğal etməsi bu müsəlman ölkəsinə ciddi zərər və ziyanlar yetirib. Aydın məsələdir ki, işğalçılıq siyasəti yürüdən Ermənistanın bu cinayətlərini heç bir vəchlə əsaslandırmaq mümkün deyil. Mühüm olan məsələ hələ də mövcud olan tarixi və dini abidələrin qorunması, onlara zərər və ziyanların dəyməsinin qarşısının alınmasıdır. Amma, işğal olunmuş ərazilərdən və Ermənistandan daxil olan məlumatlardan aydın olur ki, ermənilər Azərbaycanlılara və müsəlmanlara aid tarixi və dini abidələrin qorunmasına heç də əhəmiyyət vermirlər.